Icma.az
close
up
RU
Himnimizi Əhməd Cavad, yoxsa Cəmo bəy yazıb? Arzu Əsəd

Himnimizi Əhməd Cavad, yoxsa Cəmo bəy yazıb? Arzu Əsəd

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Arzu Əsədin yeni yazısını təqdim edir.
"İliada" və "Odisseya"nın müəllifinin bir kor yunan ozanının olmaması haqqında bir çox təddqiqat işi, mütəxəssis rəyləri var.
Şekspir adında bir müəllifə aid edilən əsərləri, ən azı, 80 nəfər başqa müəllifin yazması haqqında ciddi araşdırmalar mövcuddur.

Bu mütəxəssis rəyləri tarixi ədaləti və obyektivliyi üzə çıxarmaq iddiası və missiyası daşıyırlar. Amma daha yunanlar Homerin, ingilislər isə Şekspirin dünyanı tutan adlarından əl çəkməz və yüz minlərlə mütəxəssis rəyi olsa da, o əsərlərin bir misrasını da başqasının adına çıxmazlar.
Mütəxəssis rəyinin tarixi dəyişməyə gücü çatmır. Çünki tarix ədalət və obyektivlikdən çox mifləşməni, şəxsiyyət yaratmağı, ideyaların bu şəxsiyyətin adı ətrafında ümumiləşdirilməsini sevir. Homer adı yunanla, Yunanıstanla, Şekspir adı ingilislə, İngiltərə ilə özləşib.
Müstəqil Azərbaycan Dövlətinin himninin müəllifi kimi tanınan ilk cümhuriyyətin yarandığı və sonrakı dövrlərdə əfsanələşən azadlıq şairi Əhməd Cavadın adı Azərbaycan türkü və Azərbaycan adı ilə özləşib. İndi mütəxəssis rəy verib ki, himni Əhməd Cavad yox, hansısa Cəmo bəy yazıb. Bu mütəxəssis və digər sahələrdə özünü mütəxəssis sananlar Azərbaycan xalqının, Azərbaycan tarixinin əlindən onu almaq istəyirlər ki, himnin müəllifi kimi böyük Üzeyir bəyin adının yanında böyük istiqlal şairi, repressiya qurbanının adı yox, cümhuriyyətin dağıdılmasından 45 il sonra da Sovet Azərbaycanında müəyyən vəzifələrdə çalışaraq rahat həyat yaşamış bir botanika və zoologiya mütəxəssisinin adı olsun.
Cəmo bəy Cəbrayılbəylinin ruhuna min hörmət!
Əlbəttə ki, söhbət onun kim olmağından getmir. Bu vətən torpağının üstündə o torpağı qoruyan yüzlərlə adlı-sanlı qəhrəman, torpağın altında isə minlərlə kəfənsiz, adsız-sansız qəhrəman uyuyur. Eləcə də tarixin qatlarında. Cəmo bəy də onlardan biri.
Qarşıda daha ağır vəzifələrin, mübarizənin gözləndiyi bir vaxtda Azərbaycan müstəqillik tarixinin bünövrəsinə qoyulan böyük bir idealın adiləşdirilmək istənilməsinin kimə nə faydası?
Həm də bu mütəxəssis rəyinin, həqiqətən, çox da əsaslı olmadığı bir təqdirdə.

"Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda Qatı xristian, yoxsa kafir... - Kilsə onu niyə bağışlamadı? Məşhur aktyor ilk dəfə hakim qarşısında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri