Hindistan Azərbaycandan qaz ala bilər SOCAR la danışıqlar gedir
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Hindistanın iri neft-qaz şirkəti “Bharat Petroleum” mayeləşdirilmiş neft qazının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi T.V. Pandian “The Hindu” nəşrinə bildirib.
Pandian həmçinin qeyd edib ki, “Bharat Petroleum” ABŞ-dən mayeləşdirilmiş qazın idxalı üçün tender elan edib.
“Yaxın Şərqdə münaqişə gedir. Əgər Hörmüz boğazı bağlansa, nə edəcəyik? Elan olunan tender tədarük mənbələrimizi şaxələndirmək məqsədimizin bir hissəsidir”, — deyə o bildirib.
Pandian əlavə edib ki, Çinin ABŞ-dən mayeləşdirilmiş neft qazı tədarükündən imtina etməsi Hindistana həmin qazı daha aşağı qiymətlərlə əldə etmək imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir
08 Fevral 2026 15:11
Hindistan Azərbaycandan neft alışını artırıb
26 Oktyabr 2026 16:36
Ermənistana silah satan Hindistan Azərbaycandan NİYƏ İNCİYİB?
08 May 2025 14:11
Hindistan Azərbaycandan qisas almağa çalışır İlham Əliyev
01 Sentyabr 2025 12:18
Baxış sayı:113
Bu xəbər 08 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















