Icma.az
close
up
RU
Hindistan bu addımı ilə “qırmızı xətti” keçdi

Hindistan bu addımı ilə “qırmızı xətti” keçdi

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan “Qərb-2025” təlimlərində iştirak etmək üçün öz qoşunlarını göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Qeyd olunur ki, təlimlərdə təxminən 30 min rus və belarus əsgəri iştirak edir. Onlar ballistik raketlərin buraxılışını və aviazərbələrin imitasiya olunmasını məşq edirlər. Təlimlər geniş ərazidə – Moskvadan şərqdəki bazalardan və Arktikadan tutmuş, Baltik dənizinə və Belarusun qərb sərhədinədək, Polşa və Litvanın sərhədinədək keçirilir.

“Hindistan Müdafiə Nazirliyi bildirib ki, Kumoan polkunun bölmələri də daxil olmaqla, ən hörmətli qoşun hissələrindən olan 65 hərbçi göndərilib. Onlar NATO sərhədlərindən uzaqda – Nijni Novqorodun qərbində, təxminən 85 km məsafədə yerləşən Mulino poliqonunda dislokasiya olunublar”, – materialda bildirilir.

Dehlinin açıqlamasına görə, məqsəd müdafiə əməkdaşlığını gücləndirmək və Hindistanla Rusiya arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

Vurğulanır ki, Hindistan hərbçiləri rus əsgərləri ilə birlikdə təlimlərdə, taktiki məşqlərdə və xüsusi silahlardan istifadə üzrə hazırlıqda iştirak edəcəklər.

Nəşr xatırladır ki, Hindistan 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də “Qərb” təlimlərində və daha sonra bir neçə digər təlimdə iştirak etmişdi. Lakin analitiklərin fikrincə, NATO ilə Rusiya arasında gərginliyin artdığı bir vaxtda bu dəfəki təlimlərə qoşulmaq qərarı narahatedici mesajdır.

Almaniyalı xarici siyasət analitiki Ulrix Spek isə hesab edir ki, Hindistan bu addımı ilə “qırmızı xətti” keçib.

Qeyd edək ki, sözügedən əməliyyat sentyabrın 12-də başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri