Hindistan iqtisadiyyatımıza nə qədər investisiya qoyub?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon dollardan 1,26 milyard ABŞ dollarınadək artıb.
Axar.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.
Bank vurğulayır ki, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır. Lakin Hindistanın Azərbaycandakı iştirakı yalnız bir investorla məhdudlaşır.
EDB qeyd edir ki, Hindistanın "ONGC Videsh" şirkəti Azərbaycanın neft və qaz klasterinin iki əsas obyekti olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərində paya malikdir.
Saziş 2013-cü ildə imzalanıb və şirkət 2024-cü ildə bu layihələrdəki payını artırıb. Hesabatda deyilir ki, bu, ümumi investisiya həcmini 1,26 milyard dollara çatdırıb.
Xatırladaq ki, 2024-cü ildə "ONGC Videsh Limited" şirkəti Norveçin "Equinor" şirkəti ilə "Azəri-Çıraq-Günəşli" layihəsində 0,615% və Bakı-Tiflis-Ceyhan neft kəmərini idarə edən boru kəməri şirkəti "BTC Co"da 0,737% pay almaq üçün müqavilə imzalayıb. Bu satınalmalar "ONGC Videsh"in AÇG layihəsindəki 2,31 % və BTC kəmərindəki 2,36% payına əlavədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 29 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















