Icma.az
close
up
RU
“Hindistan və Çin Rusiya neftindən imtina edir...” “Vəziyyət mürəkkəbləşir” AzPolitika onlayn siyasiictimai qəzet

“Hindistan və Çin Rusiya neftindən imtina edir...” “Vəziyyət mürəkkəbləşir” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Kreml Ukraynaya qarşı işğalçı müharibənin nəticələrini ancaq “ərazi qazancı” kimi hesablayıb, ancaq qərar verərkən hansı çətinliklərlə üzləşəcəklərini hesablamayıblar”.

“AzPolitika” xəbər verir ki bunu politoloq Elxa Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin gedişini şərh edərkən bildirib.

Ekspert xatırladır ki, Ukraynanın Rusiya ərazisinə raket və dron zərbələrinin həcmi artıb: "Bunu 3 il əvvəl müharibə qərarı verən Kreml proqnozlaşdırmayıb. Rusiya hakimiyyəti müharibə nəticəsində əsas ixrac məhsullarını satışında ciddi çətinliklərlə üzləşə biləcəyini də ehtimal etməyib. Halbuki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir. Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarınını əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib”.

E.Şahinoğlunun sözlərinə görə, ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb: “Reuters” agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Hindistan neftin alışını şaxələndirməyə çalışır. Hindistan ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın Baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalıyla məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq”.

Politoloq bildirir ki, Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb. O xatırladır ki, Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər.

“Məsələ burasındadır ki, həmin tankerlər Amerika Birləşmiş Ştatlarının yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. “Bloomberg” agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 ton barel xam neft olub. Tankerlər geri qayıdıblar”, - o qeyd edib.

Elxan Şahinoğlu vurğulayır ki, ABŞ Rusiyanın sıxılmış qazını daşıyan tankerləri də hədəf alıb: ““Qazprom”a aid olan sıxılımış qaz daşıyan tanker İspaniya sahillərinə yaxınlaşa bilməyib. Ümumilikdə ABŞ-ın sanksiya siyahısına müxtəlif dövlətlərin bayraqları altında neft və sıxılmış qaz daşıyan 183 tanker əlavə edilib. Beləliklə, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar. Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri