Hindistan və Pakistan xalqlarını böyük fəlakət gözləyir Zərdüşt Əlizadə
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Nəzərə alsaq ki, hər iki dövlət nüvə silahına malikdir, ölüm-dirim mübarizəsi başlasa, bir-birinə qalib gəlmək məqsədilə hətta nüvə silahına da əl ata bilərlər.”
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Pakistan–Hindistan arasındakı hazırkı gərginliyi şərh edərkən bildirdi.
“Bu halda bəşəriyyəti böyük fəlakət gözləyir. Həmin bölgədə milyonlarla insanın həlak olması, böyük dağıntılar baş verə bilər. Bu isə özü-özlüyündə ciddi təhlükədir. Belə vəziyyətdə hər şey dövlət başçılarının fərasətindən asılıdır. Əgər vaxtında təhlükəni anlayıb qarşısını ala bilsələr, indiyə qədər bir-birinə vurduqları ziyanla kifayətlənəcəklər. Lakin proses davam edərsə, Hindistan və Pakistan xalqlarını böyük fəlakət gözləyir,” – deyə siyasi şərhçi qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















