Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Hindistanın Bakıya qəzəb və qərəzinin SƏBƏBLƏRİ

Hindistanın Bakıya qəzəb və qərəzinin SƏBƏBLƏRİ

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılıblar. Tədbirdə, həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərində yaranmış gərginliklər zaman-zaman artır və azalır. Bakı və Yeni Dehli aradakı fikir ayrılıqlarını ortadan qaldırmağa cəhdlər də olub. Məsələn, bu ilin aprelində Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, iki ölkə arasında fikirayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb. Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Yəni iki ölkə arasında bu cür təmasların artacağını gözlənildiyi bir vaxtda yenidən gərginlik hiss olunmaqdadır. Təsadüfi deyil ki, Hindistanın baş naziri Azərbaycanın Müstəqillik Gününü təbrik etmədi. Yalnız Hindistanın Azərbaycandakı səfiri "X" sosial şəbəkəsində bir cümləlik təbrik yaydı.

Hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğu və Azərbaycandan keçən nəqliyyat yollarının Yeni Dehlinin də maraq dairəsində olduğunu nəzərə alsaq, bu soyuqluq heç bir tərəfə sərf etmir.

Bəs Hindistan niyə əlaqələrin düzəlməsi üçün səy göstərmir? Hindistanın Bakıya qəzəb və qərəzinin səbəbi Pakistandırmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Hindistanın Ermənistanı dəstəkləməkdən əl çəkmədiyini bildirib.
Onun sözlərinə görə, 28 mayda İrəvanda keçirilən paradda nümayiş olunan hərbi texnikalar arasında Hindistan istehsalı da var idi: "Ermənilərin Hindistandan köçdüyü haqda tarixi faktlar var. Bu da onları həmişə bir-birinə bağlayır. Modi hakimiyyəti dönəmində isə ermənipərəst siyasət daha qabarıq həyata keçirilir. Bu da təbii ki, Azərbaycanın etirazına səbəb olur".

Ç.Qənizadə qeyd edib ki, oxşar siyasəti Makron Fransası yürüdür: "Hindistan, Fransa və İran bir qütbdür və onların siyasətinin mərkəzində Ermənistan, yaxud ermənilər dayanır. Burada müxtəlif maraqlar var. Məsələn, Fransanın regionda, təsirini artırmaq, İranın Cənubi Qafqazda öz gücünü göstərmək... Hindistana gəlincə, bu siyasətin tamamlayan mərkəzidir. Əlbəttə, qeyd etdiyiniz Pakistan amili da böyük təsir göstərir. Çünki Kəşmir məsələsində Azərbaycanın tutduğu mövqe, Pakistanla müttəfiqlik, birgə hərbi təlimlər, siyasi proseslərdə qarşılıqlı dəstək Hindistanın xoşuna gəlmir. Halbuki Bakının İslamabadla əlaqələrinin Dehliyə heç bir zərəri yoxdur, yəni ona qarşı yönəlməyib”.

Ç.Qənizadə vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan Hindistana qarşı siyasət yürütməyib: “Amma ermənipərəst addımlarına cavab da verilir. Bakı Təşəbbüs Qrupu təkcə Hindistanda etnik azlıqların sıxışdırılmasını müzakirəyə çıxarmır, Fransanın neokolonial siyasəti də bu platformada tənqid olunur. Ona görə məsələyə birtərəfli baxmağın əleyhinəyəm". /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri