Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
Hindistan Mərkəzi Bankının kapital cəlb etmək üçün həyata keçirdiyi son tədbirlərdən sonra ölkənin valyuta ehtiyatları dollar axınının artması ilə rekord səviyyəyə yüksəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ölkənin Mərkəzi Bankının açıqladığı məlumata görə, valyuta ehtiyatları avqustun 21-də bitən həftə ərzində 12,4 milyard dollar artaraq 729,33 milyard dollara çatıb. Bu tarixi rekorddur. Ehtiyatlar fevral ayında qeydə alınan əvvəlki 728,5 milyard dollarlıq rekordu keçib.
Bank tərəfindən iyunun əvvəlində görülən tədbirlər, o cümlədən xaricdə yaşayan vətəndaşlar üçün xüsusi depozit proqramı sayəsində avqustun 21-dək ölkəyə 72,8 milyard dollar kapital axını yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















