Icma.az
close
up
RU
Hindistanın YouTube paytaxtı: Tulsi kəndi sosial şəbəkə sayəsində necə dəyişdi?

Hindistanın YouTube paytaxtı: Tulsi kəndi sosial şəbəkə sayəsində necə dəyişdi?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın rütubətli bir səhərində Hindistanın mərkəzi bölgəsində, Raipur şəhərinin yaxınlığında yerləşən Tulsi kəndində sakinlər tarlalara doğru irəliləyərkən 32 yaşlı "YouTuber" Cay Varma yeni videosu üçün bir qrup qadını ona qoşulmağa dəvət edir. Qadınlar onun ətrafına toplaşır, sari geyimlərini düzəldir və səhnəyə uyğun qısa replikalar səsləndirərək gülümsəyirlər.

Varma yaşlı bir qadını plastik stula əyləşdirir, digərindən hörmət əlaməti olaraq onun ayaqlarına toxunmasını, üçüncüsündən isə ona su təqdim etməsini istəyir. Beləliklə, şəhərlərdə və uzaq ölkələrdə izləyicilər üçün kənd həyatını əks etdirən bir səhnə yaradır.


Tulsi kəndi Hindistanın daxili hissəsindəki Çhattisqarh əyalətində yerləşir

Qaynarinfo xəbər verir ki, bu cür çəkilişlərə artıq öyrəşmiş qadınlar məmnuniyyətlə iştirak edirlər. Varma həmin anları qeydə alır və onlar işlərinə geri qayıdırlar. Bir neçə yüz metr aralıda başqa bir qrup öz çəkilişi ilə məşğuldur. Mobil telefon vasitəsilə 26 yaşlı Racaş Divarın hip-hop ritmində rəqs etməsi qeydə alınır. Divarın əl və bədən hərəkətləri onu təcrübəli performansçı kimi göstərir.

Tulsi kəndi görünüşcə digər Hindistan kəndlərindən fərqlənmir. Çhattisqarh əyalətində yerləşən bu kiçik yaşayış məntəqəsi təkmərtəbəli evlərə və qismən asfaltlanmış yollara malikdir. Kəndin su anbarı bütün binaları yuxarıdan müşahidə edir. Betonla əhatələnmiş böyük banyan ağaclarının kölgəsində isə sakinlər toplaşır. Amma Tulsini fərqləndirən cəhət onun "Hindistanın "YouTube" paytaxtı" kimi tanınmasıdır.

Burada təxminən 4 min insan yaşayır və xəbərlərə görə, onların dörddə birindən çoxu - yəni minə yaxın sakin - bir şəkildə "YouTube" üçün məzmun hazırlayır. Kənddə gəzərkən, orada çəkilən videolardan birində iştirak etməmiş birini tapmaq çətindir.


"YouTube" kəndin iqtisadiyyatını necə dəyişdi?

Yerli sakinlər "YouTube"un kənd iqtisadiyyatına müsbət təsir etdiyini deyirlər. Bundan əlavə, sosial media bərabərlik və sosial dəyişiklik vasitəsi kimi görülür. "YouTube" sayəsində gəlir əldə edənlər arasında əvvəllər çox məhdud imkanlara malik olan qadınlar üstünlük təşkil edir. Banyan ağaclarının altında gedən söhbətlərin mövzusu isə indi daha çox texnologiya və internetlə bağlıdır.

"YouTube"un 20 illik yubileyi bu ilin fevralında qeyd olunub. Təxminən 2,5 milyard insanın aylıq istifadə etdiyi bu platformanın ən böyük bazarlarından biri Hindistandır. "YouTube" təkcə interneti deyil, həm də mədəniyyətin yaradılması və istehlak formasını dəyişib. Tulsi kəndi bunun kiçik bir nümunəsidir – burada bəzi insanların bütün həyatı onlayn videoların ətrafında qurulub.

49 yaşlı fermer Netram Yadav kənddə sosial medianın təsirini belə ifadə edir: "Bu, uşaqları pis vərdişlərdən və cinayətdən uzaq tutur. Bu məzmun yaradıcıları etdikləri işlərlə kənddə hər kəsi qürurlandırır".


Sosial media inqilabı

Tulsinin "YouTube"a mərkəzinə çevrilməsi 2018-ci ildə Cay Varma və dostu Qyanendra Şuklanın "Being Chhattisgarhiya" adlı kanal açması ilə başlayıb. Varma bu prosesi belə izah edir: "Biz gündəlik həyatımızdan razı deyildik və yaradıcılığımızı ifadə edəcəyimiz bir iş görmək istəyirdik".

Onların üçüncü videosu - bir hindu millətçi qrupunun Sevgililər Günündə gənc bir cütlüyü təqib etməsi haqqında hazırladıqları komediya videosu – viral olub. Video həm yumor elementləri daşıyır, həm də sosial mesaj ötürürdü. Bir neçə ay ərzində kanal on minlərlə izləyici qazanıb və bu gün 125 mindən çox abunəçisi və 260 milyondan çox baxışı var.

Başlanğıcda ailələri onların "YouTube"a bu qədər vaxt ayırmasından narahat olub, lakin gəlir əldə etməyə başlayanda bunun bir iş ola biləcəyini anlayıblar. Şukla belə danışır: "Ayda 30 min rupidən (təxminən 12,5 min manat) çox qazanmağa başladıq və komanda üzvlərimizi də dəstəkləyə bildik".


Varma və Şukla tamamilə "YouTube"a fokuslanmaq üçün işlərindən ayrılıblar. Onların uğuru kənd sakinlərinə ilham verib, nəticədə bir çox insan öz kanalını açıb və ya mövcud kanallarda iştirak edib.

Bu fenomen hökumətin də diqqətini cəlb edib. 2023-cü ildə əyalət rəhbərliyi kəndə müasir bir studiya inşa edib. Raipur bölgəsinin keçmiş idarəçisi Sarveşvar Bhure bu addımı belə izah edir:

"Bu studiyanı təmin etməklə mən kənd və şəhər həyatı arasındakı fərqi azaltmaq istədim. Videolar təsirli və güclü mesajlara sahibdir və milyonlarla insana çatır. Studiyanın yaradılması onları daha da həvəsləndirmək üçün bir vasitə idi".

"YouTube"dan kinoya uzanan yol

Tulsinin sosial media ulduzları arasında ən uğurlusu 27 yaşlı Pinki Sahu hesab olunur. O, aktyor və rəqqas olmaq istəyirmiş, lakin ailəsi və kənd əhalisi bu arzunu uyğun görmür. Buna baxmayaraq, Sahu "YouTube Shorts" və "Instagram Reels" üzərindən rəqs videoları paylaşmağa başlayıb. "Being Chhattisgarhiya" komandası onu fərq edəndə, o, platformada populyarlıq qazanıb və yerli kinosektorun diqqətini cəlb edib. O, bu günə qədər yeddi filmdə rol alıb.

Analoji bir nümunə Aditya Bağelə aiddir. O, əvvəlcə öz "YouTube" kanalını açaraq 20 mindən çox abunəçi qazanıb. Daha sonra "Being Chhattisgarhiya" komandasına ssenarist və rejissor kimi qoşuldu və hazırda böyük büdcəli "Kharun Paar" filminin ssenari müəlliflərindən biridir.

Manoc Yadav isə "YouTube"da istedadını göstərdikdən sonra kinoya keçən digər bir ad olub. O, bir neçə filmdə çəkildi və bu gün dolanışığını aktyorluqla təmin edir.


Qadınların gücünü nümayiş etdirmək

Tulsidə "YouTube" təkcə iqtisadi dəyişikliklər yaratmır, həm də sosial münasibətləri dəyişdirir. Kəndin keçmiş rəhbəri Draupadi Vaişnu deyir: "Bu videolar qadınların hüquqları və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirməyə kömək edir".

O, yaxınlarda qadınlara hörmət və bərabərlik haqqında mesaj verən bir videoda rol aldığını bildirir.

Rahul Varma adlı 28 yaşlı bir kənd sakini də YouTube-un transformativ təsirini vurğulayır: "Əvvəllər qadınlar yalnız kömək edirdi, indi isə öz kanallarını idarə edirlər".

Göründüyü kimi, Tulsi kəndi "YouTube" sayəsində təkcə iqtisadi baxımdan deyil, həm də sosial və mədəni cəhətdən böyük bir dəyişiklik yaşamaqdadır. Burada texnologiya və internet, ənənəvi kənd həyatını modernləşdirən mühüm alətlərə çevrilib.

Aydın



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see352

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see114

Əliyev bunu tələb etdi, İrəvan da razılaşdı Balasanyan

30 İyul 2025 19:33see113

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see113

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see113

Ohori bu halda Neftçi dən gedə bilər

30 İyul 2025 17:19see113

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see112

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see112

Fiziki məhdudiyyətlər aktyorluğa mane olmadı: Səhnədə və ekranda özünü tapan məşhurlar

30 İyul 2025 05:21see111

ABŞ dən İrana sarsıdıcı “zərbə” Son 7 ilin...

31 İyul 2025 05:14see111

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see111

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

30 İyul 2025 08:54see111

Roskosmos rəhbərinin vədi: Rusiya iki ilə SpaceX ın uğurunu təkrarlaya bilərmi?

30 İyul 2025 18:37see111

Kazinolar Azərbaycana turist axınını artıracaq ARAŞDIRMA

31 İyul 2025 01:14see110

Bu kənddə 26 ildir ölmək qadağandır

30 İyul 2025 13:52see110

Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim bölüyünə zərbə endirib

30 İyul 2025 07:07see110

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

30 İyul 2025 07:05see109

Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

31 İyul 2025 03:52see109

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü Foto

31 İyul 2025 09:40see109

Husilər İsraildəki hava limanına hipersəs raketi ilə zərbə endirib

30 İyul 2025 03:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri