Icma.az
close
up
RU
Hindistanla Pakistan silahları susdurdu Müharibə ehtimalı hələ də qalır...

Hindistanla Pakistan silahları susdurdu Müharibə ehtimalı hələ də qalır...

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın tam və dərhal qüvvəyə minən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, danışıqlar ABŞ-ın vasitəçiliyi ilə uzun və gərgin gecə boyu aparılıb və nəticədə tərəflər 10 may, şənbə günü, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:30) atəşkəsə başlayıb.

Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib, hər iki ölkəni “zəka və sağlam düşüncə nümayiş etdirdiklərinə görə” təbrik edib.

ABŞ Dövlət katibi Marko Rubio da sosial şəbəkə hesabında bildirib ki, son 48 saat ərzində o və ABŞ vitse-prezidenti Ci Di Vens Hindistan və Pakistan rəsmiləri ilə intensiv danışıqlar aparıblar. Nəticədə tərəflər neytral ərazidə geniş mövzuları əhatə edəcək danışıqlara başlamağa razılaşıblar.

Pakistanın baş nazir müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəsi təsdiqləyib. Hindistan da atəşkəsi təsdiqləsə də, bildirib ki, Pakistan ərazisindən həyata keçiriləcək istənilən hücum yeni müharibəyə səbəb olacaq.

CNN-in Hindistan tərəfinə istinadla verdiyi məlumata görə, atəşkəs birbaşa telefon danışığı ilə razılaşdırılıb.

Atəşkəs elanından sonra Pakistanın hava məkanı bütün uçuşlar üçün açılıb, ölkə hava limanları fəaliyyətini bərpa edib. Bununla belə, Hindistan Pakistanla bağlı qəbul etdiyi bəzi məhdudiyyətləri, o cümlədən Hind çayı sularına dair müqavilənin dayandırılması qərarını qüvvədə saxlayacaq. Ticarət və viza sahəsindəki məhdudiyyətlər də hələ ləğv olunmayıb.

Xatırladaq ki, Hindistanın zərbələrinə cavab olaraq 10 may səhər saatlarında Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Pakistan tərəfi bildirib ki, əgər Hindistan döyüşləri dayandırarsa, İslamabad da geri çəkiləcək.

Döyüşlər yenidən başlayacaq?

İki necə dövləti arasında baş verən bu son eskalasiya beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Hazırkı atəşkəs razılaşması regionda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Atəşkəs razılaşmasının əldə olunması regionda müsbət siqnal kimi qəbul edilsə də, münaqişənin köklü səbəbləri hələ də həll olunmamış qalır. Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsi üzərindəki ərazi mübahisəsi, qarşılıqlı ittihamlar və dərin etimadsızlıq vəziyyəti sabit saxlamağı çətinləşdirir.

Tərəflərin növbəti addımı olaraq neytral ərazidə diplomatik danışıqların başlanması planlaşdırılır. Bu danışıqlar təkcə hərbi gərginlik deyil, həm də su resursları, ticarət, sərhəd təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi məsələləri əhatə edəcək.

Buna baxmayaraq, tərəflərdən biri hər hansı razılaşmanı pozarsa, vəziyyətin sürətlə pisləşməsi ehtimalı qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri