Icma.az
close
up
RU
Hipnozla sağalmaq mümkündür?

Hipnozla sağalmaq mümkündür?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hipnoz insanın yüksək diqqət və konsentrasiya vəziyyətinə gətirildiyi, bu zaman isə təlkinlərə daha açıq hala gəldiyi zehni vəziyyətdir. Bu müddətdə fərdin şüur səviyyəsi dəyişir və xarici təsirlərə qarşı həssaslığı azalır.
Pravda.az bildirir ki, hipnoz professional hipnoterapevt tərəfindən tətbiq edilir və xüsusilə stressin idarəsi, mənfi düşüncə formalarının dəyişdirilməsi, eləcə də asılılıqlardan uzaqlaşma kimi hallarda effektiv terapiya üsulu hesab olunur.


Hipnoterapi nədir?


Hipnoterapi – yəni hipnoz vasitəsilə terapiya – insanın şüuraltı səviyyəsinə təsir etməklə emosional və zehni dəyişikliklər yaratmağa yönəlmiş bir metoddur. Bu üsul sözlü təlqinlər və təsəvvür texnikaları ilə həyata keçirilir və fərdin istəmədiyi davranışları dəyişməsinə, daxili fərqindəlik qazanmasına kömək edir.


Hipnozun tarixçəsi


Hipnoz qədim dövrlərdən tətbiq edilən texnikadır. XIX əsrdə İskoç həkim James Braid bu termini elmi kontekstdə istifadə edən ilk şəxs kimi tanınır. O, bu anlayışı Yunan mifologiyasındakı yuxu tanrısı Hipnosdan ilham alaraq formalaşdırmışdı. Əvvəllər sehr və caduyla əlaqələndirilən hipnoz, sonradan psixologiyada elmi əsaslarla tətbiq olunmağa başlanıb.


Şüuraltı terapiya və hipnozun fərqi


Şüuraltı terapiya fərdin şüuraltında yerləşən mənfi düşüncə və davranış modellərini dəyişdirərək daha sağlam zehni vəziyyətə çatmağı hədəfləyir. Bu terapiyada NLP, pozitiv təlqin, regresyon kimi metodlarla yanaşı hipnoz da tətbiq edilir. Lakin hipnoz digər üsullardan fərqli olaraq şüuraltına daha birbaşa təsir edir və dəyişimi daha sürətli edə bilir.
Hipnoz zamanı istifadə olunan texnikalar bunlardır:


Diqqət və təlqin texnikaları: Fərdin diqqəti müəyyən nöqtəyə yönəldilərək şüur dərinləşdirilir.


Bədən rahatlatma texnikaları: Proqressiv əzələ rahatlaşdırma ilə fiziki gərginlik azalır.


Zehni canlandırma texnikaları: Xəyal gücü ilə daxili səhnələr yaradılır və fərdin emosional blokları aradan qaldırılır.
Hipnozun faydaları nələrdir?
 

Hipnozun geniş fayda sahələri var. Bunlara aşağıdakılar daxildir:


Xroniki ağrılara qarşı təsir: Fibromialgiya və artrit kimi xəstəliklərdə ağrı hissini azalda bilər.
 

Asılılıqlardan azad olmaq: Siqaret və alkoqol kimi zərərli vərdişlərdən qurtulmaq üçün istifadə edilə bilər.


Fobiyaların idarəsi: Qapanıq məkan, hündürlük və ya heyvan qorxusu kimi hallar üçün effektivdir.
 

Stress və narahatlıqla mübarizə: Zehni rahatlaşdıraraq daxili tarazlığı bərpa etməyə kömək edir.
Hipnoz həqiqətən işə yarayırmı?
 

Elmi əsaslara söykənən və mütəxəssis tərəfindən aparılan hipnoterapiya bir çox hallarda uğurlu nəticələr verir. Konsentrasiya artırıcı təsiri ilə yanaşı, öyrənmə çətinlikləri, depressiya, travma sonrası stres pozuntusu, yuxu problemləri, hətta migren və astma kimi fiziki simptomlarda belə təsirli ola bilər.


Əminə Bayramova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see176

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see151

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see135

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see120

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see117

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri