Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

“The Ashgabat Times”: “Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir”

“The Ashgabat Times”: “Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir”

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə Türkmənistanda göstərilən dərin sevgi və ehtiram nəticəsində onun “Arşın mal alan” operettası bu ölkənin mədəniyyət həyatında özünəməxsus yer tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirlərə Türkmənistanın “The Ashgabat Times” saytında dərc olunan “Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir” sərlövhəli məqalədə yer alıb.

Əsər Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur. 1980-ci illərdən etibarən bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında, eləcə də digər teatrlarda müntəzəm olaraq nümayiş olunur. Səhnəyə çıxarılan “Arşın mal alan” tamaşası həm yerli, həm də xarici izləyicilər tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.

Məqalədə Üzeyir Hacıbəylinin 18 sentyabr 1885-ci ildə Azərbaycanın musiqi və mədəniyyət beşiyi sayılan Şuşa şəhərində anadan olduğu, Azərbaycanla yanaşı, müsəlman şərqi və bütün türk dünyasının qürur duyulan şəxsiyyəti olması vurğulanıb. Bildirilir ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirib, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırıb. Üzeyir Hacıbəyli eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verib, zəngin publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazıb. Onun türküçülük məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

Məqalədə, həmçinin qeyd olunur ki, Üzeyir Hacıbəylinin əsərləri dünya miqyasında geniş tanınır və böyük hörmətlə qarşılanır: “Xüsusilə dahi bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu”, “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərləri beynəlxalq səhnələrdə nümayiş olunur. Bu əsərlər yalnız türk dünyasında deyil, eyni zamanda müxtəlif ölkələrdə, o cümlədən Avropa, Amerika və Asiya teatrlarında da uğurla səhnəyə qoyulur. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur”.

Məqalədə Üzeyir Hacıbəylinin Bakıda tələbələr üçün ilk musiqi məktəbi – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etməsi, onun Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik etməsi, ilk xalq çalğı alətləri orkestrini, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmasından da bəhs olunub.

“Üzeyir Hacıbəyli 1948-ci ilin 22 noyabr tarixində Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Üzeyir Hacıbəylinin irsi bu günə qədər davam edir. Onun adı Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərində, teatrlarında və musiqi məktəblərində yaşadılır, Üzeyir Hacıbəylinin şərəfinə musiqi festivalları keçirilir. Üzeyir Hacıbəylinin evi Şuşada muzeyə çevrilib, onun həyatına və yaradıcılığına həsr olunub. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir ömrü” bədii filmi və daha bir neçə sənədli filmlər çəkilib. UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib. 2025-ci ilin sentyabrında Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlər təşkil olunur”, - deyə məqalədə qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see203

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see174

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see171

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri