Icma.az
close
up
RU
Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQ

Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQ

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Metro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş qida məhsulları satılır. Bu məhsullar çox zaman qablaşdırılmadan, açıq  şəkildə müştərilərə təklif olunur. Təbii ki, həmin məhsulların üzərində heç bir məlumat olmur.
Bu da ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu gün müxtəlif yerlərdə hisə verilmiş balıq, ət və pendir satılır:
“Qoxusuna görə çox insan bu məhsullara həvəs göstərir. Yaxşı olar ki, bu məhsulları alarkən onun mənşəyinə, istehsal və son istifadə tarixinə fikir verilsin. Bütün hallarda keyfiyyətli şəkildə hisə verilmiş məhsullardan istifadə məqsədəuyğundur. Amma bir çox hallarda bu məhsullar ev şəraitində, kustar üsullarla hazırlanır. Belə məhsullar daha çox təhlükə mənbəyidir”.
Müsahibimiz qeyd edib ki, əsasən bu məhsullar hazırlanarkən quru ağacların budaqlarından istifadə edilməlidir:
“Amma çox zaman bu qayda gözlənilmir. Quru taxtadan, mebel qırıntılarından, laklı-boyalı talaşalardan istifadə edilir. Belə oduncaqdan istifadə edərkən ortaya zərərli maddələr çıxır ki, bu da bir başa hazırlanan məhsullara çökür. Bu da zəhərlənmə  və sağlamlıq problemləri yaradır. Eyni zamanda hisə verilmiş məhsulları uzun müddət saxlamaq üçün kimyəvi maddələrdən, konservantlardan, rəngləndiricilərdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də adı çəkilən məhsulları alarkən çox diqqətli olmaq lazımdır.
Hisə verilmiş məhsullar tez xarab olan qidalar sırasındadır.
Bu səbəbdən məhsulların üzərində istehsal və son istifadə tarixi hökmən olmalıdır. Ən əsası soyuq şəraitdə saxlanılmalıdır. Ümumiyyətlə bu qidaların hazırlanma, soyudulma və saxlanılma prosesinə ciddi riayət edilməlidir.
Belə olmayan təqdirdə həmin məhsulların tərkibində mikroorqanizmlər çoxala bilər ki, bu da ağır zəhərlənməyə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hətta xərçəng riskini artırar.
Bundan əlavə, bu məhsullar hazırlanarkən duzdan çox istifadə edilir. Bu da orqanizmdə duz-su balansının pozulmasına, hiportaniya və böyrək xəstəliyinin yaranmasına səbəb olur. Həssas, allergiyaya meylilli, həzm problemləri olan insanlarda hisə verilmiş qidaları qəbul edərkən müəyyən həzm problemləri, qarın nayihəsində ağrı, şişkinlik və baş ağrısı yarana bilir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri