Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Hissləri daim zarafata çevirmək nə ilə bağlı ola bilər? PSİXOLOQ DANIŞDI

Hissləri daim zarafata çevirmək nə ilə bağlı ola bilər? PSİXOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"İnsan həyata öz hissləri ilə baxır və davranışlarını da hissləri istiqamətləndirir. Emosiyalar insanın bəzən şən, bəzən isə kədərli şəkildə özünü ifadə etməsinə imkan verir. Lakin bəzi insanlar hər şeyi zarafata çevirdikdə ətrafdakılar onları sadəcə şən və pozitiv xarakterli biri kimi qəbul edirlər. Halbuki bu davranışın altında müəyyən psixoloji çətinliklər və ya emosional problemlər gizlənə bilər".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, insanlar belə davranışı həm müdafiə mexanizmi, həm də emosional vəziyyətlərinin göstəricisi kimi nümayiş etdirirlər: "Bu zaman ilk diqqət çəkən anlayışlardan biri "gülən depressiya"dır. Gülən depressiya zamanı insan daxilində ciddi emosional yüklər daşıyır, lakin üzündə daim gülümsəyən bir maska olur. O, ətrafına pozitiv enerji yaymağa çalışır və hər şey qaydasındaymış kimi görünür.

Bəzən bu vəziyyət "toksik pozitivlik" kimi də qiymətləndirilir. Lakin psixologiyada daha çox "gülən depressiya" (smiling depression) anlayışından istifadə olunur. Bu insanlar ətrafdakılar tərəfindən enerjili, pozitiv və həyatsevər kimi qəbul edilirlər. İnsanlar onlara öz problemlərini rahatlıqla danışırlar, lakin onlar öz problemlərindən demək olar ki, heç vaxt danışmırlar. Tək qaldıqları zaman isə tamamilə fərqli emosional vəziyyət yaşayır və depressiv əlamətlər göstərməyə başlayırlar.

Əlbəttə, hər zarafat edən insanın gülən depressiyadan və ya toksik pozitivlikdən əziyyət çəkdiyini söyləmək doğru olmaz. Bu kimi hallar yalnız mütəxəssis tərəfindən aparılan qiymətləndirmə və müvafiq testlər nəticəsində müəyyən edilə bilər.

Digər bir anlayış isə özünü alçaldan yumordur. Bu zaman insan başqalarını güldürmək üçün özünü hədəfə çevirir. Məsələn, bəzi insanlar öz görünüşlərini, danışıq tərzlərini, davranışlarını və ya uğursuzluqlarını daim zarafata çevirirlər. Onlar öz dəyərlərini kiçildir, özlərini tənqid edir və bununla ətrafdakılara gülməli görünməyə çalışırlar.

Bu davranışın təməlində çox vaxt rədd edilmə qorxusu dayanır. İnsan düşünür ki, kifayət qədər yaxşı olmazsa, ətrafındakılar onu qəbul etməyəcək, ondan uzaqlaşacaq və ya onu rədd edəcəklər. Bu qorxu nəticəsində insan öz qüsurlarını olduğundan daha çox vurğulayır və onları zarafat mövzusuna çevirir.

Digər bir vəziyyət isə emosional uzaqlaşma ilə bağlıdır. İnsanlar bəzən öz hissləri ilə qarşılaşmaqdan qaçırlar. Əslində ağlamaq da, gülmək də emosiyaların ifadə formasıdır. İnsan ya ağlayaraq, ya da gülərək yaşadığı travma və ya çətin vəziyyətlə mübarizə aparmağa çalışır.

Lakin bəzi insanlar nə ağlamağa, nə də hisslərini açıq şəkildə ifadə etməyə özlərinə imkan verirlər. Onlar kədərli görünməkdən, zəif görünməkdən və ya uğursuzluqlarının üzə çıxmasından qorxurlar. Buna görə də emosiyalarını yumor vasitəsilə gizlətməyə çalışırlar.

Belə insanlar ciddi mövzu açılan kimi dərhal zarafata keçirlər. Öz zəif tərəfləri və ya uğursuzluqları haqqında danışmaq əvəzinə mövzunu yumorla dəyişdirirlər. Onlar hisslərini ifadə etmək yerinə qarşı tərəfin nə düşündüyünü və ya necə hiss etdiyini soruşaraq diqqəti özlərindən uzaqlaşdırmağa çalışırlar.

Halbuki burada sual veriləndə hədəf mövqe elə insanın özüdür. Amma o, zarafatdan həmin emosiyanı ifadə etmək üçün deyil, ondan uzaqlaşmaq üçün istifadə edir.

Psixoanalitik yanaşmada yumor müdafiə mexanizmlərindən biri hesab olunur. İnsanlar kədərə, qorxuya və ya ağrıya müxtəlif reaksiyalar verirlər: kimisi ağlayır, kimisi qışqırır, kimisi susur, kimisi isə gülür. Bunların hamısı beynin özünü qorumaq üçün yaratdığı müdafiə reaksiyalarıdır.

Müdafiə mexanizmləri zamanla şüuraltında bir strategiyaya çevrilir. İnsan hər hansı bir çətin vəziyyətlə qarşılaşanda əvvəl istifadə etdiyi üsula yenidən müraciət edir. Əgər bir dəfə yumor vasitəsilə narahatlıqdan uzaqlaşıbsa, gələcəkdə də oxşar hallarda eyni üsuldan istifadə etməyə meylli olur.

Bəs müdafiə mexanizmi nə deməkdir? İnsan əslində qorxduğunu, ağrı çəkdiyini və ya narahat olduğunu inkar etmir, sadəcə bunu açıq şəkildə göstərmir. Məsələn, daxilində böyük bir yorğunluq və ya sıxıntı hiss etsə də, bunu zarafata çevirərək "Beynimin düyməsini söndürmüşəm, bir az yatıb gələcəyəm" kimi ifadələr işlədir.

Bəzi hallarda insan travmatik hadisənin təsirindən affekt vəziyyətinə düşür. Bu zaman hisslərini yaşamaq əvəzinə ya donub qalır, ya da hər şeyi analiz etməyə başlayır. Öz emosiyalarını hiss etmək və ifadə etmək yerinə yenə yumora sığınır. Beləliklə, hisslərindən uzaqlaşır, özünü qəbul etmək və qorumaq əvəzinə onları gizlətməyə çalışır.

Bu insanlar niyə daha çox yumora üz tuturlar? Çünki onlar üçün ağlamaq zəiflik, acizlik və ya yetərsizliyin göstəricisi kimi görünür. Bəziləri düşünür ki, ağlasalar və ya kədərlərini göstərsələr, insanlar onlardan uzaqlaşacaq. Əvəzində gülərüz və şən olsalar, daha çox qəbul ediləcək və seviləcəklər.

Belə insanlar bəzən özlərini başqalarının əhvalını yaxşılaşdıran bir şəxs kimi görürlər. Düşünürlər ki, daim gülməli və pozitiv olmalıdırlar ki, insanlar onları sevsin və yanlarında olmaq istəsin.

Əgər insan hisslərini ifadə etməkdə çətinlik çəkmirsə, "özümü pis hiss edirəm", "incimişəm", "qorxuram" və ya "kədərlənmişəm" deyə bilirsə, daha sonra isə uyğun məqamda zarafat edə bilirsə, bu, normaldır. Eyni zamanda yaxın münasibətlərdə səmimi davranır, hisslərini gizlətmir və lazım olan yerdə ciddi söhbət apara bilirsə, yumordan sağlam şəkildə istifadə olunur.

Ancaq yumor hər vəziyyətdə əsas reaksiyaya çevrilirsə, insan bütün emosional mövzuları zarafata çevirirsə, ağlamaq və ya hisslərini paylaşmaq əvəzinə daim gülürsə, bu artıq müəyyən psixoloji çətinliklərin göstəricisi ola bilər. Belə insanlar çox vaxt ciddi söhbətlərdən qaçır, daxili hisslərini bölüşmür və zarafat edə bilmədikləri zaman böyük bir boşluq hiss edirlər.

Bu hallarda yumor sadəcə xarakter xüsusiyyəti deyil, insanın öz emosional ağrılarından qorunmaq üçün istifadə etdiyi müdafiə mexanizminə çevrilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri