Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Hitlerin Blondidə yaşayan ruhu O, indi haradadır? Maraqlı KONKRET

Hitlerin Blondidə yaşayan ruhu O, indi haradadır? Maraqlı KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Hitler həyatının sonuna qədər gününü sevimli iti Blondie ilə keçirib. Blondieni  1941-ci ildə Martin Borman fürerə hədiyyə etmişdi. İt yeni sahibinə o qədər bağlanır ki, Hitlerdən əl çəkmir. 1944-cü ilin sonunda fürerlə bərabər sığınacaqda yaşayır və son günlərinə qədər iki dost bir yerdə qalırlar. 1945-ci ilin yazında  Hitlerin iti beş bala dünyaya gətirir. Hitler balalardan birinə “qurd” mənasını verən Volf adını verir. Ehtimal edilir ki, Hitler bunu öz şərəfinə adlandırmışdı. Çünki öz adı – Adolf – “nəcib canavar” kimi tərcümə olunur. Sonradan İntihar etməzdən bir qədər əvvəl fürer şəxsi həkimi Lüdviq Stumpfeggerə Blondiyə sianid tableti verməyi əmr etmişdi.

1945-ci ilin mayında Reyx bağçasında fürer və arvadı Eva Braunun yarıyanmış cəsədləri aşkar edildikdə, Hitlerin itinin və onun yeni doğulan Volfunun da  cəsədi tapıldı. Maraqlıdır ki, Hitler və onun həyat yoldaşıyla bərabər, hər iki itin meyidləri yarılıb və xüsusi araşdırılma aparılıb. Sənədlərlə sübut edilib ki, Blondi sahibinin ona verdiyi zəhərlə deyil, başından  güllələnərək   öldürülüb. Bunu kəllədəki güllə dəliyi də sübut edirdi. Ehtimal olunur ki, it ona verilən sianid tabletini qəbul etməyib və Hitlerin ətrafındakılardan  kimsə silaha əl atmalı olub. Balaca Volf da eyni aqibəti yaşayıb. Beləliklə, onlar da sahiblərinin günahsız qurbanları sırasına  qoşulublar.

Müharibədən sonrakı illərdə Blondi obrazına  kino və ədəbiyyatda tez-tez müraciət olunub. 1949-cu ildə rejissor Mixail Çiaurelinin ekranlaşdırdığı “Berlinin süqutu” filmində Blondiyə geniş yer verilib.

İkinci Dünya Müharibəsinin bitməsindən qısa müddət sonra Qərb sarı mətbuatının səhifələrində maraqlı məlumatlar dərc olunmağa başladı. Guya alimlər Alman çoban itinə oxşar yeni bir it növü  yaratmaq üçün ciddi təcrübələr aparıb və buna nail olublar.

Bu genetik təcrübələrin bəhrə vermədiyi bildirilir. Guya laboratoriyada xüsusi canavarlar yetişdiriləcək və onlar insan intellekti ilə sintez ediləcəkdi. Amma bunlar hamısı almanların uydurduqları utopiya idi.

Ağılları qarışdıran əfsanə

Reinkarnasiya (ruhların köçməsi) ideyası mistisizmə meylli olan Hitlerə məxsus olub. Nasistlərin Müqəddəs Qrası tapmaq cəhdlərini xatırlamaq kifayətdir. Buna görə də, Hitlerin hərbi macərası uğursuz olardısa  diktatorun reinkarnasiya olunacağı haqqında düşünülürdü. Dərhal təkcə tədqiqatın aparıldığı elmi mərkəzin adını deyil, həm də işin rəhbərinin adını göstərən mesajlar peyda oldu. Bu iş, tətbiqi bakteriologiya sahəsində ixtisaslaşan  görkəmli alman alimi Volfram Sieversə həvalə edilmişdi.

Berlindən qaçmaq

Üçüncü Reyxin süqutuna  artıq heç kəs şübhə etmirdi. Buna görə də, elm adamları süni şəkildə yalnız müəyyən keyfiyyətlərə malik fərd yarada bildilər. Onlar Hitlerin itinin  simvolunu yaratdılar.

 Bundan əlavə, ehtimal edilirdi ki, Hitlerin daxili mahiyyəti, eyni zamanda ruhu  Berlindən çıxarılan itə köçüb. Belə gic-gic işlərlə məşğul olanlar hesab edirdilər ki, Hitlerin ruhu sona qədər sevimli iti ilə yaşayacaq. Blondinin cəsədi aşakar ediləndə “alimlər” bildirirdilər ki, bu, həmin it deyil və yanlışlıq yaratma üçün başqa itin cəsədi Hitlerin yanına uzadılıb.

Yeni bir dəlilik dövrü

Zamanında böyük sensasiya yaradan bu hadisəni  getdikcə yerini başqa sensasiyalar əvəz etdi.  Ancaq 2007-ci ildə bu hadisə yenidən gündəmə gətirildi. Bu dəfə  Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivində Hitlerin itinin yaradılması ilə bağlı 1945-ci ildə Almaniyadan çıxarılan məxfi sənədlərin aşkarlandığı haqda xəbərlər dünyanı heyrətə gətirdi. Üstəlik, materiallar arasında alman alimlərinin əldə edə bildiyi yeganə şəxsin fotoşəkili də var idi.

Əsl sensasiya sovet xüsusi xidmət orqanlarının gizli anbarlardan ölməz canavarın yaradılması ilə bağlı sənədləri çıxardığı bir vaxtda, iti gizli şəkildə Moskvaya aparmağı bacardıqları mesajı idi. Bu, dünyada onu axtaracaqları son yer idi.

Əfsanə Ovçuları

Təəccüblüdür ki, bundan sonra bədbəxt iti təkcə Moskvada deyil, əyalətlərdə axtarmaq üçün təşəbbüs qrupları yaradıldı.  Guya, son illər paytaxtın müxtəlif ərazilərində 3 dəfə görünüb, lakin hər dəfə “nasist it” təqibçilərindən məharətlə gizlənib. Keçmişdə Hitlerin itinin adı hər kəsə məlum olsa da, bu gün onun hansı ad altında gizləndiyini heç kim bilmir.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri