Icma.az
close
up
RU
HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş əldə edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş əldə edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş əldə edilib. ABŞ-ın Emori Universiteti və "Grady" Sağlamlıq Sisteminin əməkdaşlarının apardığı tədqiqat nəticəsində, "Lenacapavir" adlı inyeksiya formasında təqdim olunan yeni HİV profilaktikası vasitəsi ildə cəmi iki dozada 96 faizlik yüksək qoruma təmin edir. Bu, gündəlik oral dərmanlarla müqayisədə daha effektiv və asan seçim kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" jurnalında dərc olunub.

Aparıcı müəllif, Emoryi Universitetinin Tibb Məktəbinin professoru Kolin Keley bildirib ki, inyeksiya üsulu ardıcıl dərman qəbulu ilə bağlı çətinliklər yaşayan insanlar üçün əhəmiyyətli alternativdir: "İnsanların yalnız altı aydan bir qəbul etməli olduğu bu yüksək effektivlik səviyyəsini - demək olar ki, 100 faizə yaxın qoruma təmin etməsini görmək inanılmazdır".

Üçüncü faza klinik sınaqda "Lenacapavir" qrupunda iştirak edən 2179 nəfərin yalnız iki nəfəri HİV infeksiyasına yoluxub. Bu, gündəlik qəbul edilən "Truvada" dərmanı istifadə edən qrupda (1086 nəfər) doqquz yeni infeksiya ilə müqayisədə əhəmiyyətli üstünlük təşkil edir. İnyeksiyanın tətbiqində ardıcıllıq səviyyəsi oral dərmanlarla müqayisədə daha yüksək olub. Keley gündəlik həb qəbul edən insanların təxminən yarısının il ərzində müxtəlif səbəblərdən dərman qəbulunu dayandırdığını qeyd edərək, inyeksiyanın bu problemi aradan qaldırmaq potensialını vurğulayıb.

Tədqiqatda real həyatda HİV-dən qeyri-mütənasib təsirlənən populyasiyaların təmsil olunmasına xüsusi diqqət yetirilib. Sınaq qrupları ABŞ, Cənubi Afrika, Peru, Braziliya, Argentina, Meksika və Tailand daxil olmaqla 88 müxtəlif məkanda cinsi və etnik müxtəlifliyi əhatə edib.

Gradi Memorial Xəstəxanasının baş tədqiqatçısı Valeriya Kantos bu inklüziv yanaşmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, xəstəxanamızda diqqət az xidmət alan və həssas əhalinin təmsilçiliyini artırmağa yönəlib. Bu, keçmişdə səhiyyə tədqiqatlarına olan inamsızlığı azaltmaq üçün vacibdir.

ABŞ Federal Dərman Agentliyi tərəfindən nəzərdən keçirilməkdə olan "Lenacapavir" inyeksiyasının 2025-ci ilə qədər kommersiya istifadəsinə təsdiq olunacağı gözlənilir. Emori Universiteti Tibb Fakültəsinin departament rəhbəri Karlos del Rio bu inyeksiyanı "oyun dəyişdirici" müdaxilə kimi qiymətləndirib. O bildirib ki, bu vasitə ağızdan dərman qəbul edə bilməyənlər üçün yeni ümidlər təqdim edir. Çətinlik bu vasitələrin bərabər şəkildə əlçatan olmasını təmin etməkdədir.

Bu irəliləyiş, HİV infeksiyalarının yerli və qlobal miqyasda azaldılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri