Icma.az
close
up
RU
Hizbullah ın sıradan çıxarılması asan məsələ deyil AÇIQLAMA

Hizbullah ın sıradan çıxarılması asan məsələ deyil AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi,  ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, hazırda İsrail və Livan arasında gedən qarşıdurma rəsmi olaraq İsrail-"Hizbullah" münaqişəsi kimi təqdim edilir. Onun sözlərinə görə, "Hizbullah"ın Livandakı mövqeyi bu məsələni daha geniş müstəviyə çıxarır:

""Hizbullah" bu gün Livanda həm silahlı qüvvələri, həm də parlamentdəki təmsilçiliyi ilə real güc mərkəzidir və bir çox hallarda ordunu belə əvəz edir. Livanın cənubunda yaşayış məntəqələrinin dağılması və bir milyondan çox insanın köçürülməsi ilə nəticələnən bu savaşın dayandırılması ən zəruri addım olsa da İsrailin "Hizbullah"ın tamamilə ləğv edilməsi ilə bağlı tələbi vəziyyəti mürəkkəbləşdirir".

Müsahibimiz əlavə etdi ki, "Hizbullah"ın sıradan çıxarılması asan məsələ deyil:

"Çünki təşkilatın həm hökumət üzərində, həm də əhali arasında ciddi nüfuzu var. Digər tərəfdən, onun ləğvi Livanın müdafiəsiz qalması kimi qəbul edilir. Rəsmi dövlət qurumlarının və ordunun müəyyən səlahiyyətləri olsa da, "Hizbullah"ın gücü danışıqlar masasında əsas maneədir. Livan hökuməti bu şərtə razılaşsa belə, onun icrası olduqca çətindir. Bu səbəbdən danışıqların yaxın gələcəkdə qəti və müsbət nəticə verəcəyi ehtimalı aşağı görünür".

Ə.Mustafanın fikrincə, bu proses ABŞ, İsrail və İran arasındakı qlobal qarşıdurmanın bir hissəsidir:

"Hazırda müəyyən bir atəşkəs müşahidə edilsə də, tərəflərin ciddi hazırlıq içində olması bu məsələlərin bir-biri ilə sıx bağlı olduğunu göstərir. İsrail-Livan danışıqlarını İsrail-Amerika-İran münasibətləri qovşağından ayrı təsəvvür etmək mümkün deyil. İranın hər fürsətdə "Hizbullah"ı və Livanı müdafiə etməsi də göstərir ki, bu münaqişə ya ümumi bir paket halında həll olunacaq, ya da gərginlik davam edəcəkdir".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri