Hizbullah İsrailin Safed şəhərinə zərbələr endirib VİDEO
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Livanın cənubunda "Hizbullah" döyüşçüləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.
"Mehr" xəbər agentliyi isə bildirib ki, "Hizbullah" qruplaşması İsrail qoşunlarının Livanın cənubuna doğru irəliləməsinin qarşısını alıb.
Bundan başqa, "Hizbullah" İsrailin Safed şəhərinə də raketlərlə hücum edib. Şəhərdə dörd binaya zərbələr endirilib.
İsrailin "The Times of İsrael" qəzeti də məlumatı təsdiqləyib. Bildirilib ki, hadisə nəticəsində yola və yaxınlıqdakı binalara kiçik ziyan dəyib. Təcili yardım xidmətlərinin məlumatına görə, itki olmayıb.
Livandan yeni raket hücumları fonunda Qalileyada və Qolan təpələrində siren səsləri eşidilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 Mart 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















