Icma.az
close
up
RU
“Hizbullah” kabusu: reallıq və uydurmalar

“Hizbullah” kabusu: reallıq və uydurmalar

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Argentinanın Milli təhlükəsizlik naziri Patrisiya Bullriç ictimai çıxışlarının birində İranyönlü Livan şiə qruplaşması “Hizbullah”ın Cənubi Amerikada mövcudluğuna toxunub. Argentina Dövlət Kəşfiyyat İdarəsinin (SIDE) məlumatlarına istinad edən P. Bullriç deyib ki, “Hizbullah”ın Argentina, Paraqvay və Braziliya sərhədlərinin kəsişdiyi ucqar ərazidə bazası var və oradan fəaliyyətini bir çox Latın Amerikası ölkələrinə yayır.

Bildirilir ki, bölgədə təkcə siyasi qanadın üzvləri deyil, həmçinin Yaxın Şərqdən gələn “Hizbullah” döyüşçüləri də fəaldır. Onlar müsəlman mühacirlərin cəlb edilməsi və terror aktlarının planlaşdırılması ilə məşğuldurlar.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd edilib:
Bullriçin sözlərinə görə, Karakas Tehranın müttəfiqi olduğu üçün “Hizbullah” Venesuelada müəyyən dərəcədə hökumət himayəsindən istifadə edir. Bu yaxınlarda qrup Boliviyada fəallaşıb, həmçinin Çilinin şimalında, İquiquedə. “Hizbullah”ın fəaliyyəti Peru, Kolumbiya, Ekvador və Braziliyada da qeydə alınıb.
SIDE-nin, o cümlədən ABŞ, Braziliya və Paraqvaydakı həmkarlarından aldığı məlumata görə, “Hizbullah” regionda İranın nəzarətində olan terror şəbəkəsini aktivləşdirmək məqsədi ilə Cənubi Amerikada öz təsirini və mövcudluğunu genişləndirməyə çalışır ki, bu da Vaşinqtona təzyiq aləti kimi istifadə olunacaq. Çilidə şiə qruplaşması faktiki olaraq bir sıra şirkətlərə nəzarət edir, Boliviya və Braziliyada isə narkotik alveri və çirkli pulların yuyulması ilə məşğuldur ki, bu da ABŞ-da ciddi narahatlığa səbəb olur.
Bir müddət əvvəl P. Bullriç “Hizbullah”ın Çilidəki fəaliyyəti ilə bağlı məxfi məlumatları Çilinin Daxili işlər və ictimai təhlükəsizlik naziri Karolina Toaya ötürüb. O, Çili tərəfinin “təqdim olunan məlumatı yüksək qiymətləndirəcəyinə” ürəkdən ümid etdiyini bildirib. Bununla belə, Argentina, ABŞ, Paraqvay və Braziliyanın kəşfiyyat xidmətlərinin həyəcan təbili çalmasına baxmayaraq, Toa Bullriç tərəfindən ötürülən məlumatlara faktiki olaraq məhəl qoymayıb.
Karolina Toa rəsmi olaraq alınan məlumatı hərtərəfli öyrənib yoxlayacağına söz versə də, Argentina tərəfinin məlumatlarına şübhə ilə yanaşdığını və Çilinin milli təhlükəsizliyinə “Hizbullah” tərəfindən təhlükənin olması üçün heç bir səbəb görmədiyini açıqlayıb. O qeyd edib ki, Çili xüsusi xidmət orqanları bu şiə qrupunun fəaliyyətindən yaxşı xəbərdardır.
Çilinin keçmiş Xarici işlər naziri Heraldo Munyos Argentinanın Milli təhlükəsizlik nazirinin məlumatının spekulyasiyaya əsaslandığını və "şayiələr" kimi təsnif edilməli olduğunu deyib. Bu fikri Çili Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Gilberto Aranda da dəstəkləyib. Onun fikrincə, bu, Ağ ev rəhbərinin gözündə Çili prezidenti Boriçi nüfuzdan salmaq məqsədi daşıyan təxribatdan başqa bir şey deyil:
"Bu, Argentinanın İslam terrorizmi ilə mübarizədə yaxşı olduğunu, Çilinin isə bunu etmədiyini göstərmək üçün bir strategiyadır. Bu yolla Miley özünü ABŞ və İsrailin etibarlı müttəfiqi kimi göstərmək istəyir, çilili həmkarının zərərinə”.
G. Aranda əmindir ki, Çili kəşfiyyat xidmətləri “Hizbullah”la bağlı vəziyyəti diqqətlə izləyir və qruplaşmanın terrorçu özəklərinin Çilidə peyda olması ehtimalı azdır.
Öz növbəsində, Toanın Bullriçlə görüşündə iştirak edən Çili hökumətinin naziri və baş katibi Camila Vallexo bildirib ki, Argentinanın milli təhlükəsizlik naziri tərəfindən təqdim edilən sənəd Çilidə fəaliyyət göstərən “Hizbullah” və ya “Hizbullah”la əlaqəli qrupların olduğunu iddia etmək üçün heç bir əsas vermir.
Bununla belə, sağçı mühafizəkar Müstəqil Demokratik Birlik (UDI) partiyasından olan Çili parlamentinin senatoru Xose Migel Duran prezident Boriçə müvafiq araşdırma aparılmasını tələb edən sorğu göndərilməsinin zəruriliyini bəyan edib. O, həmçinin vurğulayıb ki, Milli Konqres üzvləri Bullriçin milli təhlükəsizliyə potensial təhdid kontekstində məlumatlarından və Çili kəşfiyyat xidmətlərinin səmərəli fəaliyyətinin vacibliyindən çox narahatdırlar.
Çili İstintaq Polisinin (PDI) nümayəndəsi “Hizbullah”ın Çilidə mümkün fəaliyyəti ilə bağlı qızğın müzakirələrə son qoyub. Onun sözlərinə görə, PDI çilili həmkarları ilə əməkdaşlığa hazır olduğunu təsdiqləsə də, onun qeyri-qanuni fəaliyyətləri və ya milli suverenliyi təhdid edə biləcək fəaliyyətləri izləyən xüsusi strukturları Çilidə “Hizbullah”ın varlığını aşkar etməyib.
Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalı Argentinanın Beyrutdakı səfirliyindəki mənbəyə istinadla xəbər verib ki, “Hizbullah”ın səhra komandirlərinin böyük bir qrupu bu yaxınlarda Livanı tərk edərək, Venesuela, Çili, Ekvador, Kolumbiya və Braziliya kimi Cənubi Amerika ölkələrinə köçüb. Onlar İsrail kəşfiyyat xidmətlərinin onların izinə düşərək vətənlərində məhv edəcəyindən qorxaraq bu addımı atıblar.
Latın Amerikasına gəldikdən sonra “Hizbullah” yaraqlıları öz köhnə yollarına qayıdıblar: ekstremistləri cəlb etmək və terror hücumları təşkil etmək. Braziliya xüsusi xidmət orqanlarının nümayəndələri “Mossad”dakı həmkarlarının köməyi ilə artıq “Hizbullah” yaraqlılarının San-Paulu yəhudi icmasının üzvlərinə qarşı hazırladıqları terror aktının qarşısını alıblar. Bundan əlavə, Braziliya polisi bir sıra şəxsi ev və anbarlarda axtarışlar və reydlər keçirdikdən sonra San-Paulu və Minas-Jerais ştatında “Hizbullah”ın fəal iştirakını aşkar edib.
Eyni zamanda o, İran vətəndaşlarının Çili ərazisində saxta pasportlarla saxlanılması hallarının olduğunu etiraf edib. Lakin “Hizbullah”la heç bir əlaqə qurmaq mümkün olmayıb.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri