Icma.az
close
up
RU
Hokinqin qaranlıq meşə dəki yadplanetlilər haqqında dəhşətli nəzəriyyəsi yenidən gündəmdə

Hokinqin qaranlıq meşə dəki yadplanetlilər haqqında dəhşətli nəzəriyyəsi yenidən gündəmdə

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Professor Stiven Hokinq 15 il əvvəl "qaranlıq meşə”də yadplanetlilərin mövcudluğu barədə dəhşətli bir nəzəriyyə irəli sürmüşdü və indi bu fikir tamamilə real görünə bilər.

Qaynarinfo "The Mirror”a istinadən xəbər verir ki, bu il 3I/ATLAS kometası ilə bağlı irəli sürülən ehtimallar fonunda Hokinqin yadplanetlilər barədə əvvəlki proqnozları yenidən gündəmə gətirilib. Bəzi mütəxəssislər kometanın qeyri-yerüstü mənşəyə malik ola biləcəyini düşünürdü.

Nəşrin məlumatına görə, Hokinq 2010-cu ildə "qaranlıq meşə hipotezi” kimi tanınan nəzəriyyəni irəli sürərək, bəşəriyyətin indiyədək niyə yadplanetliləri aşkar etmədiyini izah etməyə çalışmışdı.

O ehtimal edirdi ki, kainatda çoxlu sayda yadplanetli sivilizasiya mövcud ola bilər, lakin onların heç biri özünü daha inkişaf etmiş sivilizasiyalara qarşı açmaq və mövqeyini bildirmək istəmir.

Hokinq hesab edirdi ki, bu, insanlıq üçün ciddi dərs olmalı və Yeri ziyarət edə biləcək yadplanetliləri böyük sevinc və açıqlıqla qarşılamağa tələsməməliyik. Nəşr qeyd edir ki, alim bu gün sağ olsaydı, əgər 3I/ATLAS sadəcə kometa deyil, daha böyük bir obyekt olsaydı, ehtiyatla davranmağa çağırardı.

NASA-nın məlumatına görə, 3I/ATLAS kometası Yer üçün heç bir təhlükə yaratmır: "O, planetimizə maksimum təxminən 1,8 astronomik vahid (təqribən 270 milyon km) məsafəyə qədər yaxınlaşacaq".

Hokinq 2010-cu ildə xəbərdarlıq edirdi: "Əgər yadplanetlilər bizi ziyarət etsələr, nəticə Kolumbun Amerikaya ayaq basdığı zamankına bənzəyə bilər. Bu isə yerli xalqlar üçün heç də xeyirli olmamışdı. Ağıllı həyatın nəyə çevrilə biləcəyini görmək üçün özümüzə baxmağımız kifayətdir".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri