Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Hökm bitdi, vicdan qaldı ELÇİN QULİYEV SUSACAQ, YOXSA DANIŞACAQ?

Hökm bitdi, vicdan qaldı ELÇİN QULİYEV SUSACAQ, YOXSA DANIŞACAQ?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Həbsdən azad olmaq hüquqi prosedurdur. Lakin cəzanın başa çatması nə cəmiyyətin yaddaşını silir, nə də insanların yaşadıqlarını unudur.

Bir zamanlar özünü qanunun təmsilçisi kimi təqdim edənlərin bir qismi qanunun özünü tapdaladı. Günahsız insanların şərlənməsi, ailələrin faciələrlə üzləşməsi, insanların həyatının, sağlamlığının, karyerasının və taleyinin məhv edilməsi heç vaxt adi statistika olmayıb. Bunlar konkret insan taleləri idi.

Belə əməllər təkcə ayrı-ayrı şəxslərə qarşı deyil, dövlətə, ədalətə və cəmiyyətin hüquq-mühafizə sisteminə olan etimada qarşı da yönəlmiş cinayətlər idi.

Eldar Mahmudovun başçılıq etdiyi mütəşəkkil cinayət dəstəsinin törətmiş olduğu əməllərin ağırlığı nəzərə alınanda Elçin Quliyevə verilmiş cəza törədilənlərin tam qarşılığı deyil əslində. Vicdanlarda bu məsələ çoxdan hüquqi müstəvidən çıxaraq mənəvi ədalət məsələsinə çevrilib.

Tarix göstərir ki, vəzifələr bitir, cəzalar başa çatır, amma insanların yaddaşı qalır. Ən ağır hökm isə məhz həmin yaddaşın verdiyi hökmdür. İnsan cəzasını çəkə bilər. Amma vicdanın hökmü ömür boyu davam edir.

Bu gün məhkum Quliyevin qarşısında bəlkə də həyatda ilk dəfə azad seçim imkanı var: susmaq, yoxsa danışmaq.

İllərlə üstü örtülmüş hadisələr barədə danışmaq…

Günahsız insanların hansı mexanizmlərlə şərləndiyini danışmaq…

Kimlərin sifariş verdiyini, kimlərin icra etdiyini, kimlərin susduğunu danışmaq…

Yerigəlmişkən, Elçin Quliyev  nazirinin sifarişi əsasında həbs etdiyi Mətləb Mustafayevi şərlədiyini məhkəməsində etiraf etdi.

Bu o, Mətləb Mustafayevdir ki, MTN onu həbs edəndən sonra bu qurumda şöbə rəisi olan qardaşı Malik Mustafayev özünü asaraq öldürdü.

30 il xidmət etdiyi qurumun ona xəyanət etdiyini demişdi.

Elçin Quliyev məhkəməsində “Eldar Mahmudov mənə zəng edib bildirdi ki, Zakir Qaralovla razılaşdırıb, Mətləbi həbs et. Mən də onun evinə silah qoydurdum” deyə sifariş aldığını tam etirar etmişdi.

İndi Elçin Quliyev Sabiq nazir Nicat Quliyevin və  mənim evimə qara maskalı quldur dəstənlə basqın edib necə şərlədiyin haqqında danışmaldır.

Çünki həmin illərin qaranlığında cavabını gözləyən suallar, haqqını gözləyən insanlar, rahatlıq tapa bilməyən ailələr var.

O vaxt gərinə-gərinə: “Gördün, torbanı necə tikdim? Bu ölkədə həbs edən də, azad edən də bizik”, – deyirdin. Bəlkə uzun həbs illəri ağlını bir az da olsa başına gətirib. Bu gün ağıllı ol. Susma. Danış. O hadisələrin bütün həqiqətlərini danış. Çünki artıq arxasında gizlənəcəyin heç bir vəzifə yoxdur. İndi səni qoruyacaq yeganə şey – həqiqətin özüdür.

Bəzən bir etiraf onlarla istintaq materialından daha qiymətli olur. Bəzən bir həqiqət illərlə susdurulmuş insanların haqqını özünə qaytarır.

Əgər doğrudan da vicdan deyilən bir məfhum varsa, bəlkə elə indi onun səsinə qulaq asmağın vaxtıdır.

İtirilmiş illəri geri qaytarmaq mümkün deyil. Amma həqiqəti deməklə kimlərinsə ürəyində illərlə qanayan yaranın sağalmasına, günahsız insanların adının təmizlənməsinə, tarix qarşısında mənəvi borcun heç olmasa bir hissəsinin ödənilməsinə xidmət etmək mümkündür.

Bunu təkcə cəmiyyət qarşısında mənəvi borcunu yerinə yetirmək üçün deyil.

Həm də öz ailəsi, övladları və yaxınları qarşısında kişi kimi vəzifəsini icra etmək üçündür.

İnsan övladına yalnız ad və soyad miras qoymur. Vicdanını, ləyaqətini və həyat hekayəsini də miras qoyur.

Səmimi etiraf, üzrxahlıq etmək və bağışlanma diləmək zəiflik deyil. Əksinə, insanın öz vicdanı ilə üz-üzə qala bilməsinin ən böyük cəsarətidir.

Qanunun verdiyi hökm bir gün başa çatır. Vicdanın, namusun və həqiqətin hökmü isə ömürlükdür. O hökmün ağır yükü yalnız həqiqəti etiraf etməklə yüngülləşdirilə bilər.

Pərviz Həşimli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri