Icma.az
close
up
RU
Hökumət bu lampaların istifadəsini qadağan edir

Hökumət bu lampaların istifadəsini qadağan edir

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib. 

Nazir müavini qeyd edib ki, istehlakçı bunu görmür, qısamüddətli hesablama aparır: “Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət, yəni Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Bəs bu qadağanın hansı iqtisadi tərəfləri var? Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli “Yeni Müsavat”a deyib ki,  bu qərar neçə istiqamətdə iqtisadiyyata müsbət təsir göstərəcək: “İlk növbədə, bu addım elektrik enerjisinə qənaət edəcək. Bu isə həm təsərrüfat subyektləri, həm də əhali üçün müsbət haldır. Digər tərəfdən, enerji istehsalında istifadə ediləcək qaz və ya neft ehtiyatlarının sərfiyyatını azaldacaq. Üçüncü mühüm məqam isə artıq enerji resurslarının ixrac imkanlarını genişləndirməkdir.

Bu baxımdan, hesab edirəm ki, közərmə lampaları beynəlxalq təcrübədə çoxdan istifadədən çıxarılıb. Çünki onlar həm təhlükə törədir - qızma, partlama, həddindən artıq istilik yayma kimi risklər yaradır - həm də enerjinin həddindən artıq istehlakına səbəb olur.

Sadə müqayisə aparsaq, baxmayaraq ki, közərmə lampalarının qiyməti ucuzdur, uzunmüddətli perspektivdə onların istehlak etdiyi elektrik enerjisi daha yüksək xərcə gətirib çıxarır. Digər tərəfdən, dünya inkişaf edir, yeni texnologiyalar meydana çıxır. Vaxtilə bu lampalar İliç lampası adlanırdı, amma texnologiya dəyişdikcə daha təhlükəsiz, enerjiyə qənaətcil və daha güclü işıq saçan cihazlar istehsal olunur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see191

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see175

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see120

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri