Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Hökumət eyni humanizmi həbsdəki fəallara da göstərə bilərmi? ZAHİD ORUC DEYİR Kİ...

Hökumət eyni humanizmi həbsdəki fəallara da göstərə bilərmi? ZAHİD ORUC DEYİR Kİ...

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanda saxlanılan Qarabağ separatçılarının, xüsusilə Xocalı qətliamında əli olan Vaqif Xaçaturyanın Ermənistana təhvil verilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Bununla bağlı aparılan müzakirələrdə hakimiyyətin eyni humanizmi həbsdəki siyasi məhbuslara da şamil etməsini istəyənlər var.

Milli Məcslisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında Ermənistan vətəndaşlarının öz ölkəsinə təhvil verilməsini və ictimaiyyətdən gələn çağırışları şərh edib.

O deyib ki,  Bakıda keçirilən “Əsrin məhkəməsi” Qarabağ Qələbəsinin ən böyük hüquqi nəticələrindən biridir, hətta sovetlərə nəsib olmayan hadisədir:

“Dünyada Haaqa və digər tribunallar quran, Miloşeviçdən Karaçiçə qədər mühakimə paradı təşkil edən qlobal güclər torpaqlarımızın azadlığına dəstək vermədikləri kimi, separatçı xuntanın təmsilçilərini uzun illər paytaxtlarında qəbul etdikləri üçün onları ədalət mühakiməsinə və hakim qarşısına çıxarmayacaqdılar.  Azərbaycanın son addımı-4 erməni məhkumu Ermənistana verməsi əsla xarici təzyiq, yaxud həmin şəxslərin hüquqi məsuliyyətinin inkarı, Qarabağda törədilən təcavüzkarlığın unudulması, siyasi sövdələşmə mövzusu deyil, soyuq strateji hesablamanın nəticəsidir. Dövlətimizi hər zaman olduğu kimi, torpaqlarımızın azadlığı, indi isə Qələbəmizin legitmliyinin uğrunda prinsipial mövqeyindən, xalqımızın mənafelərinin qorunmasından bir addım belə geri çəkdirmək mümkün deyil, əksinə. son addımla taktiki yox, strateji üstünlüklər qazanır”.

Zahid Oruc bu qərarın ictimaiyyətə açıq mesaj olduğunu bildirir:

“Qərarla Azərbaycan beynəlxalq ictimaiyyətə açıq mesaj verir: biz münaqişəni bağlamaq, regionda sabitlik yaratmaq və sülh gündəmini irəli aparmaq niyyətindəyik. Mesaj xüsusilə ABŞ, Avropa İttifaqı və beynəlxalq təşkilatlar üçün oxunaqlı oldu. Uzun müddət Ermənistanın istifadə etdiyi “humanitar təzyiq” aləti faktiki olaraq əlindən alındı. Ermənistanın “Azərbaycan məhbus saxlayır” arqumenti sıradan çıxdı və sülh prosesində psixoloji üstünlük Azərbaycanın tərəfində qaldı. “Qalib, amma intiqamçı olmayan dövlət” imici, münaqişədən sonrakı mərhələdə humanitar gündəmi idarə edən tərəf statusu ilə, xüsusilə də ABŞ, Avropa Birliyi və BMT və insan hüquqları institutları qarşısında bir daha mövqeyini gücləndirdi. Qarabağın azadlığından sonra müxtəlif beynəlxalq mərkəzlər və erməni lobbi şəbəkələrinin “əsir və girov” mövzusu ilə apardıqları kampaniyanı, imic ləkələmə və  “təzyiq dili” neytrallaşdırıldı. Nəticədə, Ermənistanın manevr məkanı daha da daraldı, çünki, İrəvanın son 5 ildə davamlı arqumenti-“Azərbaycan məhbusları saxlayır, humanitar hüquqları pozur” ittihamı iflasa uğradı, əsas təbliğat aləti əlindən alındı, sülh danışıqlarında psixoloji müdafiə istehkamı zərbə aldı, beynəlxalq tribunalarda arqumentsiz qaldı. Əvəzində sülh gündəminin Azərbacan lideri və dövləti tərəfindən idarə olunduğu, xüsusilə rəsmi Bakının regionda bütün geosiyasi və iqtisadi-siyasi proseslərin müəllifi olduğu növbəti dəfə təsdiqləndi. Minsk Qrupunun 30 il əsarətində saxladğı siyasi gündəlik İlham Əliyevin qalib iradəsi ilə əvəzlənib.

Deputat eyni zamanda bu məsələdə vaxt seçiminin önəmli olduğunu da dilə gətirib:

“Son aksiyanın vaxt seçimi xüsusilə önəmlidir. ABŞ-nin Zəngəzur-Tramp yoluna yaşıl işıq yandırdığı, Rubio-Mirzoyan görüşünün  nəticələrinin daha çox Bakının planlarına xidmət etdiyi, o cümlədən Sülh müqaviləsinin imzalanacağına dair Vaşinqtonun davamlı iradə nümayiş etdirdiyi, ölkəmizlə Strateji Xartiya perspektivi və  Cənubi Qafqazda qurulan yeni geosiyasi arxitekturaya Ağ Evin dəstəyi, Ermənistana öhdəliklərinin icrasına dair son razılaşmlara “humanitar jest edirəm, indi siyasi cavab verin” prinsipi hərəkətə edən Azərbaycanın sülh gündəmini diqtə etdiyi növbəti dəfə təsdiqlənir. ABŞ və Qərb üçün verilən siqnal oxunaqlıdır-Azərbaycan rasionaldır və regionda risq yox, sabitlik ixrac edir, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi və regional layihələr üçün kredit etibarlıdır. Məhbuslar mövzusu daxildə və xaricdə daimi müzakirə mövzusu idi. Onların selektiv verilməsi ilə-yalnız ağır xərçəng xəstəsi olan şəxsin, o cümlədən Livan və Suriya vətəndaşının qaytarılması ilə mümkün sanksiya ritorikaları zəiflədi, hüquqi manipulyasiya imkanları azaldı”.

Parlamentari niyə məhz 4 nəfərin verilməsi ilə bağlı məsələyə belə aydınlıq gətirib:

“Niyə 4 nəfər sualına cavab qətidir-hərbi xuntanın nümayənədləri əsla verilməyəcək, klassik “kontrollu güzəşt” model tətbiq olunur. Humanitar diplomatiyada bir addım bir nəticə doğrumur, zəncirvari təsir üçündür. Azərbaycan 4 erməni müttəhimi verməklə güc nümayiş etdirdi. Vaqif Xaçatryanın qaytarılması, 70 yaşlı müttəhimin-ağır xərçəng xəstəsinin həbsxanada ölməsi durumu beynəxlaq dairələr içərisində qələbəmizə qarşı savaşanların güclü arqumentinə çevriləcək, Vardanyan kimiləri ətrafında Qərbdə qurulan ədliyyə-hakim-vəkil və siyasi təşkilatlar şəbəkəsinə impuls verəcəkdi”.

O, siyasi məhbuslar məsələsi haqqında isə belə deyib:

“Əgər erməni məhbusları buraxılırsa, niyə siyasi məhbuslar azad edilmir” kampaniyasına başlayanların məqsədi humanitar jesti daxili hüquqi-siyasi böhrana çevirmək, hakimiyyəti mənəvi dilemma qarşısında qoymaq, Qərb auditoriyasına “insan hüquqları problemi qalır” mesajını verməkdir. Ənənəvi siyasi texnologiyadır, hüquqi mübahisə deyil. Vətən müharibəsində Qələbə qazanan dövləti milli maraqları, şəhidlərimizin ruhunu və torpaqlarımıza tökülən qanı kənara qoymaqda ittiham edənlər işğal partiyasının üzvləridir. Onların sayəsində separatçı rejim ərazilərimiz üzərində birinci Qarabağ savaşı ilə hökmranlıq qazanmışdılar”.

Deputat son olaraq bu sözləri deyib:

“Rusiya-Ukrayna və bütün digər müasir müharibələrdə baş verən humanitar aksiyalar-müxalif qüvvələrin arqumentini puç edir. Kateqoriyalar qəsdən qarışdırılır-erməni məhbusları, müharibə konteksti və beynəlxalq humanitar hüquq “siyasi məhbus” iddiaları daxili hüquq-müdafiə hadisəsi kimi təhrif edilir. Halbuki nə hüquqi müqayisə yerində deyil, nə də azərbaycanlı məhkum edilən şəxslərin əməllərini işğalçılıq aktında iştirak edənlərlə eyni müstəvidə götürmək mənəviyyat baxımından bağışlanmazdır. Dövlət “humanitar addım” atır, hamısını “təslim” etmir. Son 4 ildə daim təzyiqlərə yenə də iradə göstərən məhz dövlətimiz idi. Biz həmin qüvvələri bir dəfə olsun, xuntaçıların məhkəmə salonları qarşısında aksiya keçirib şəhidlərin haqqını qoruduqlarını görməmişik. Bir daha mövzular arasında paralelliyi qəbul etməyərək, siyasi mənsubiyyətindən asılı olmadan cinayət törədən şəxslərin əfv və amnistiya edildiyini, belə addımların qarşıdakı dövrdə də atılacağına inamımızı ifadə edirik. Siyasi barış və vətəndaş həmrəyliyi prezidentin apardığı dövlət kursunun mahiyyətini təşkil edir. Biz ölkəmizə qarşı siyasi məhbus kampaniyasının aparılmasını istəmirik. Müharibə cinayətləri ilə daxili hüquqi məsələlər fərqli kateqoriyalardır. 8 avqust Qələbəmizin bir mörəli siyasi-hərbi güc tərəfindən Ağ Ev Zirvəsində-sülh sammitində tanındığı mərasimdən sonra Donald Tramp Azərbaycan liderinə ən azı 6 dəfə rəsmi və açıq heyranlığını ifadə edib. Birləşmiş Ştatların və Azərbaycanın tarixində belə hal olmayıb. O, cümlədən, ABŞ lideri erməni xuntaçılar məsələsinə toxunmuşdu, rəsmi Bakıdan belə bir xahişdə bulunduğunu bildirmişdi. Ona görə də dövlətimiz soyuqqanlı, hüquqa söykənən, strateji davranan tərəfdir. Azərbaycan humanitar addımla dünyaya bir daha mesaj verdi: qalib dövlət intiqamla yox, məsuliyyət və haumanizm dili ilə danışır.  Burada bir vacib məqam da var: hamısı yox, yalnız 4 nəfər verildi. Təsadüfi deyil. Azərbaycan humanitar jest etdi, amma danışıqlarda və siyasi proseslərdə təzyiq alətlərini hər zaman saxlayır. Klassik və düzgün diplomatik balansdır-nə maksimum güzəşt, nə də sərt inkar. Lakin bir həqiqəti nə qədər təkrarlasaq azdır-düşmənə ən böyük cəza torpaqlarımızın azadlığıdır. Əlbəttə, cinayətkarları ömürlük cəza alanları həbsdə saxlamaq bir daha separatizmin və torpaq iddialarının baş qaldırmaması deməkdir. Onun üçün son hökmlərini gözləyən əsas şəxslər Bakıdadır. Bəzən düşmənin təbii ölüm qarşısında olanlarını bağışlamaq, bir xalqın gələcək mübarizəsi üçün daha böyük zərbə olur və onları azadlıq, mücahid simvollarına çevirənləri tərksilah edir.  Azərbaycan lideri “Tam və Qəti Qələbə”dən danışarkən, erməni məsələsinin coğrafiyamızdan kənara çıxması və son bir əsrdə 4 erməni dövlətinin iflasından sonra “real Ermənsitan” durumuna gəlib çatmasını nəzərdə tutur. Ermənilər talelərinin Bakıda həll olunduğunu dərk edirlər.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri