Icma.az
close
up
RU
Zahid Oruc: ”Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir”…

Zahid Oruc: ”Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir”…

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır.
Yaxşı xatırlayırıq, 1-ci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik.
Tariximizdə ilk dəfə, Birinci Şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi. Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir:”sizə güvənirəm və biz qalib gələcəyik”!
Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür-prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur.
20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu öndərdir.
Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə, ən böyük nəticə qazanan tək dövlətdir.
Tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur. Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. Azərbaycan Qurtuluş savaşında tam və qəti qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı.
Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər.
Tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir.
Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq.
Zahid Oruc, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri