Icma.az
close
up
RU
“Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?” ŞƏRH

“Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Azərbaycanda 30 iyun 2024-cü ildə dizel yanacağı birdən-birə 25%, yəni, 20 qəpik bahalaşdı, 1 litri 80 qəpikdən 1 manata qaldırıldı. Həmin qərar verərkən hökumət dedi ki, dünya bazarında neft bahalaşıb deyə, belə bir addım atmaq məcburiyyəti yaranıb. 2024-cü ilin iyun ayında dünyada “Brent” markalı neftin ortalama qiyməti 82 dollar idi”.

Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib:

“Bir neçə gün öncə hökumət yenidən dizel yanacağının qiymətini hər litr üçün 10%, yəni, 10 qəpik qaldırdı. Son 1 ayda dünya bazarında “Brent” neftinin ortalama qiyməti 62 dollar olub, yəni, 2024-cü ilin iyun ayına nisbətən indi qiymət 20 dollar, hardasa, 25% daha ucuzdur.

Bir daha – 2024-cü ilin iyununda qiymət artanda hökumət dedi ki, dünyada neft bahalaşıb, başqa yol yoxdur, dizel qiyməti də bahalaşmalıdır, indi isə həmin dövrə görə neft 25% ucuzlaşıb, amma, hökumət dizelin qiymətini 10% yenə bahalaşdırıb.

Dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40% (məhsul növündən asılı olaraq) paya malikdir”.

İqtisadçı qeyd edib ki, yükdaşımaların maya dəyərində isə 20-25% dizelin payına düşür:

“Sadə sual – əgər dizel bahalaşırsa, o zaman aqrar sektor və yükdaşımalar da bahalaşacaqmı?! Bəli, bahalaşma qaçılmazdır. Yaxşı, ölkədə zatən örzaq qiymətləri durmadan artır, bunun üzərinə də dizel effekti gələcəksə, daha çox bahalaşacaq axı, elə deyil?! Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?!

Dünyanın bir çox ölkələrində aqrar sektorda çalışan fermerlərə dizel güşəştlə satılır – məsələn, qardaş Türkiyədə çivçilər (fermerlər) üçün “mazot” (yəni dizel) dəstəyi 2025-ci ildə belə olub:

Çeltik: 250 TL/dekar

Mısır, Ayçiçeği, Pamuk, Soya, Kanola, Aspir: 109 TL/dekar

Nohut, Mercimek, Fasulye: 75 TL/dekar

Zeytin, Meyve, Sebze, Bağ: 109 TL/dekar

1 dekarlitr = 10 litr, yəni, məsələn, çəltik əkən fermer işlətdiyi hər litr dizelə görə 25 lirə , zeytunla məşğul olanlar hər litrə 10,9 lirə, noxud əkən isə hər litrə görə 7,5 lirə dövlətdən dəstək alıb. Özü də Türkiyənin öz nefti yoxdur, amma, dəstək var”.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri