Hökumət Qarabağda həbsxana tikir
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ədliyyə naziri Fərid Əhmədov “Report” və İTV-yə müsahibə verib.
Gununsesi.info-nun xəbərinə görə, nazir müsahibəsində penitensiar sahədəki duruma da nəzər salıb.
Nazir bildirib ki, artıq Qaradağda 2 000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb.
“Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə də cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub.
Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə ümumilikdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub”.
F.Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tamamilə müasir standartlara cavab verəcək.
“Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkən şəxslərə nəzarət mexanizmlərinin rəqəmsal alətlər – üz tanıma sistemləri və digər texnoloji həllər vasitəsilə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə verəcək”.
Qeyd edək ki, AŞ PA-nın ötən ilə dair hesabatında Azərbaycan məhbus sıxlığına görə Avropa Şurasına üzv ölkələr arasında ilk yerləri tutur.
Həmçinin, beynəlxalq hesabatlarda Azərbaycanın əksər cəzaçəkmə müəssisələrinin Avropa Penitensiar Qaydalarının standartlarına cavab vermədiyi deyilir.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Oktyabr 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















