Icma.az
close
up
RU
Hökumət səs küylü addıma hazırlaşır “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər...

Hökumət səs küylü addıma hazırlaşır “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər hökumət daxilində ciddi kadr və struktur islahatlarının baş verəcəyi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı gedən proseslər yeni reallıqlar yaradıb. Bu reallıqlar daxili siyasətə yeni baxış tələb edir.

İqtisadi sferada, idarəetmədə ciddi dəyişikliklərin olacağı barədə proqnozlar səsləndirilir. Deyilir ki, yaxın dövr üçün quru sərhədlərin açılması istisna edilmir. Həmçinin kiçik və orta sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılacağı bildirilir. Qeyd olunur ki, yeni vergi və gömrük siyasətinin hazırlanması ilə bağlı planlar isə sahibkarlıq mühitini müsbət yöndə dəyişdirə bilər. Bundan əlavə, Gömrük Komitəsinin ləğv edilərək, funksiyalarının İqtisadiyyat və ya Maliyyə Nazirliyinə verilməsi də müzakirə olunan məsələlərdəndir.

Hökumət daxilində planlaşdırılan kadr və struktur islahatlarının əsas məqsədi nədir? Nəzərdə tutulan dəyişiklər nə dərəcədə realdır və hansı yeni imkanlar yaradacaq?

Heydər Oğuz

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Azərbaycan artıq öz siyasi oriyentasiyasını dəyişib:

“Yəni Rusiyanın təsir dairəsindən çıxaraq Qərbyönümlü düşərgəyə yönəlib. Bu dəyişikliklərin həyata keçirilməsi üçün, əlbəttə, hakimiyyətin müxtəlif sahələrində Rusiya tərəfindən yerləşdirilmiş “minalardan” təmizlənməsi vacibdir. Başqa sözlə, ölkə daxilindəki müəyyən strukturlar və təsirlərdən qurtulmaq, yeni islahatların effektiv həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Əks halda, ölkəmiz Rusiyanın sifarişilə həyata keçirilən təxribatlara məruz qala və daxilən zəifləyə bilər. Xüsusilə də, Ukraynanın açıq şəkildə dəstəkləndiyi və Rusiyanın Odessada neft anbarlarımızı vurduğu indiki zamanda vəziyyət xeyli həssas hal alıb. Bu, Rusiyanın Azərbaycana qarşı elan olunmamış müharibəsinin ilk siqnalıdır. Azərbaycan bu siqnaldan nəticə çıxarmalı və rusqafalı məmurlarını dərhal zərərsizləşdirməlidir. Bu baş verməsə, ölkə xaricində başlanan rus hücumları yaxın zamanda Azərbaycanın daxilinə də sıçrayacaq”.

Siyasi şərhçi qeyd edib ki, rusqafalılarla bağlı başlanacaq əks tədbirlərin tətbiqinə dair hər hansı bir sazişin qüvvəyə minməsini gözləmək artıq mənasızdır:

“Bu vaxta qədər rus təsir dairəsindən çıxmaq, eyni zamanda, rus hücumlarına məruz qalma riski ilə üzləşmək qorxusu ilə həm İrəvan, həm də Bakı derusifikasiya və lüstrasiya siyasətinə ehtiyatla yanaşırdılar. Bu səbəbdən, hər iki tərəf sazişi imzalamaqda tərəddüd edirdi. Rusiyanın gözlənilən hücumları təxmin etdiyimizdən daha tez gəldi və biz də artıq Moskvanın dövlətçilik təməllərinə basdırdığı “mina”ları zərərsizləşdirməliyik”.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

Tural Abbaslı

Partiya sədri Tural Abbaslı bildirib ki, idarəetmədə islahatlara ehtiyac birmənalıdır:

“Mövcud sistem effektiv deyilsə və nəticə vermirsə, mütləq islahatlar aparılmalıdır. Uyğun idarəetmə mexanizmləri və funksional strukturlar formalaşana qədər bu proses davam etməlidir. Bir neçə ildir quru sərhədlərinin açılmasını tələb edirik. Hazırda məsələ təhlükəsizliklə bağlıdır, lakin hüquq mühafizə orqanları artıq bu sahədə kifayət qədər təcrübəyə malikdir və sərhədlər açılsa belə, Azərbaycanın təhlükəsizliyini təmin edə bilərlər. Ölkəmizin beynəlxalq tranzit keçidinin tərkib hissəsinə çevrilməsi, xüsusilə Zəngəzur dəhlizinin Orta Asiya və Çinlə Avropanı birləşdirən əsas elementlərdən biri olması sərhədlərin açıq olmamasını məqsədəuyğun hesab etmir.

Regionda sərhəd bölgələrində yaşayan insanların rifahının yaxşılaşdırılması, onların gündəlik ticarət və ucuz mallara əlçatanlığı sərhədlərin açılması ilə bağlıdır. Şimalda Rusiya, cənubda İran, qərbdə isə Gürcüstanla sərhədlər mövcuddur. Bu sərhədlərin bağlı olması ticarətə mənfi təsir göstərir və insanların sərbəst hərəkətinə, müalicəyə və digər zəruri işlərə mane olur. Məsələn, Gürcüstana səfərin qiyməti 1000 manata qədər qalxıb, halbuki quru sərhədlər vasitəsilə bu məsrəf 50-60 manat civarında olmalıdır. Buna görə sərhədlərin açılmasının tərəfdarıyıq”.

Partiya sədrinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin ləğvi məsələsində rəhbəri olduğu partiya ilk təklif verənlərdən biri olub:

“Gömrük, vergi və iqtisadiyyat bir-birilə sıx bağlı sahələrdir və onların koordinasiyalı şəkildə bir nazirlik altında birləşdirilməsi daha faydalı olar. Eyni zamanda gömrük sahəsində qanunvericilik və islahatlar qəbul edilməlidir ki, Azərbaycan xalqının alıcılıq qabiliyyəti və yaşam səviyyəsi yüksəlsin. Avtomobillər, İT avadanlıqları və təhsil sahəsindəki ləvazimatlara gömrük endirimlərinin tətbiqi zəruridir.

Bu islahatların nə zaman həyata keçiriləcəyini isə iqtidar müəyyən etməlidir. Biz müxalifət olaraq daim bu dəyişiklikləri tələb edirik və tələb etməyə davam edəcəyik. İndi isə gözləyirik ki, nə zaman başlanacaq”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri