Icma.az
close
up
RU
Hökumətin Fələstini tanımaqdan imtina etməsi İtaliyada xaosa səbəb olub

Hökumətin Fələstini tanımaqdan imtina etməsi İtaliyada xaosa səbəb olub

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İtaliyada on minlərlə insan Qəzza üçün küçələrə çıxıb. Ölkədə məktəblər və qatarların hərəkəti dayandırılıb, limanlar bağlanıb.
Reyting.az
-ın məlumatına görə, İtaliya hökuməti Fələstini tanımaqdan imtina edərkən, ictimaiyyət hökumətin susqunluğuna reaksiya verib və İsraillə əməkdaşlığa son qoyulmasını tələb edib.
On minlərlə insan Fələstinə görə İtaliya küçələrinə axışıb. Bu nümayişlər Avropada İsrailin Qəzzaya hücumlarına qarşı ən böyük nümayişlərdir.
Etirazlar Fransa və bir sıra digər ölkələrin Fələstin dövlətini BMT-də tanımağa hazırlaşmasından sonra baş verib. Böyük Britaniya, Avstraliya, Portuqaliya və Kanada həftə sonu Fələstin dövlətini tanıdıqlarını elan ediblər.
İtaliya hökuməti isə Fələstini tanımaqdan imtina edib. Baş nazir Giorgia Meloni daha əvvəl deyib ki, Fələstini tanımaq xeyirdən çox zərər verə bilər: “Əgər mövcud olmayan bir şey kağız üzərində tanınırsa, problem həll edilmiş kimi görünə bilər, amma belə deyil”.
Lakin bu bəyanat italyan xalqı üçün kifayət etməyib. Ölkə üzrə müstəqil həmkarlar ittifaqı bazar ertəsi günü 24 saatlıq ümumi tətilə çağırıb. Məqsəd Qəzza xalqı ilə həmrəylik nümayiş etdirməkdir.
Milandan Palermoya qədər ən azı 75 şəhərdə izdiham toplaşıb. Genuya və Livornoda liman işçiləri işi dayandırıblar və İtaliyanın İsrailə silah göndərilməsi üçün baza kimi istifadə olunduğunu iddia edərək ümumi tətilə başlayıblar.
Romada Termini stansiyasının qarşısına 20 mindən çox insan toplaşıb. İzdiham Fələstin bayraqlarını dalğalandıraraq “Azad Fələstin!” şüarları səsləndirib.

İştirakçılar Qəzzanın blokadasını yarmaq məqsədi daşıyan “Qlobal Sumud Donanması”na da dəstək veriblər. Təşkilatçılar Milanda 50 min insanın yürüş etdiyini açıqlayıblar.
Milanda da gərginlik artıb. Qara geyimli bəzi etirazçılar qatar stansiyasının girişini yarmağa çalışıblar.
Polislə qarşıdurmada tüstü bombaları, daşlar və butulkalar atılıb. Polis gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri