Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Norveç millisinin ulduzu Erlinq Holand milli komandadakı qollarının sayına görə Zlatan İbrahimoviçi geridə qoyub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Holand UEFA Millətlər Liqasında Norveçin Portuqaliya ilə qarşılaşmasında 51-ci dəqiqədə hesabına daha bir qol yazdırıb. Bu, onun milli komandada 65-ci qolu olub.
Holand bu göstəriciyə 57 oyunda çatıb. Müqayisə üçün, Zlatan İbrahimoviç İsveç millisində 122 matçda 62, Ronaldo Nazario isə Braziliya yığmasında 98 oyunda 62 qol vurub.
Beləliklə, Holand Şimali Avropa ölkələri arasında milli komandalar səviyyəsində ən çox qol vuran kişi futbolçu adına sahib çıxıb. Bundan əvvəl rekord 62 qolla Zlatan İbrahimoviçə məxsus idi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:92
Bu xəbər 28 Sentyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















