Icma.az
close
up
RU
Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi Milyonluq zərərlər ödəniləcək

Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi Milyonluq zərərlər ödəniləcək

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"KAT Holdinq” MMC-nin təsisçisi və direktorunun cinayət işi üzrə məhkəmə araşdırması davam edib. Direktor məhkəmə zalında həbs edilib.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, holdinqin təsisçisi Elçin Ələkbərov həbs edilib.
İş adamı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusilə külli miqdarda ziyan vurmaqla), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Elçin Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və istintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Birinci instansiya məhkəməsi ona şərti cəza versə də, Mail İbadov Bakı Apellyasiya Məhkəməsində həbs edilib.
Elçin Ələkbərovun adı mətbuata haradan tanış oldu?
2021-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayıldı.
Məlum oldu ki, şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlıdır. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər.
MİDA məsələ ilə bağlı açıqlama verərək izah etdi ki, adı çəkilən binalar "KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi.
27 saylı bina MİDA-ya təhvil verilməli, 28 və 29 saylı binalar isə "KAT Holdinq” MMC-nin sərəncamında qalmalı idi. MİDA deyirdi ki, şikayətlər məhz 28 və 29-cu binalarla bağlıdır.
Sonradan məlum oldu ki, "KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsidir.
Holdinq rəhbəri kimin şikayəti ilə həbs edilib?
Yuxarıda da qeyd etdiyimiz kimi, Elçin Ələkbərov uzun müddət tikinti sahəsində çalışıb və "KAT Holdinq” MMC-nin təsisçisidir.
Şikayət edən isə Elçin Ələkbərov həbs edilmədən 2-3 il əvvəl holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusadır.
Razılığa əsasən, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə, inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusaya verilib.
Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Lakin bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinin başlanması rədd edilib.
Povilas Pociusa şikayətlərini davam etdirib. Sonradan isə Elçin Ələkbərova qarşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb...
Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.
İşin digər ilginc tərəfləri də var. Belə ki, Povilas Pociusanın tələb etdiyi məbləğ "Kat Holdinq” MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsilə şirkətin aldığı borcdur. Bundan əlavə, alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləği isə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə isə 10 milyon dəyərində hesablanır.
Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.
Onun ailə üzvlərinin əmlakının üzərinə qoyulan həbs qərarları məhkəmə ilə ləğv edilib. Lakin sonradan yenidən həmin əmlakların üzərinə həbs qoyulub.
Elçin Ələkbərov qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onu mənimsəmə ittihamı ilə təqsirsiz bilib. Cəzası 11 ilə endirilib. Onun bir çox əmlakının üzərindən həbs götürülüb.
Mail İbadov isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsi qeyd edilən maddə ilə onun barəsində cəza təyin etməmişdi. İbadov Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qandallanıb.
Zərərçəkmiş Litva vətəndaşının mülki iddiası təmin edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri