Icma.az
close
up
RU
Hollandiya Azərbaycanın yarısı boydadır, amma aqrar ixracda liderdir

Hollandiya Azərbaycanın yarısı boydadır, amma aqrar ixracda liderdir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda kənd təsərrüfatının inkişafında əsas prioritetlərdən biri torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır. Bu istiqamətdə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sadiq Qurbanov bildirib ki, ərazi baxımından Azərbaycandan xeyli kiçik olan Hollandiya uzun illərdir dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçıları sırasında yer alır.

Onun sözlərinə görə, qarşıdakı illərdə əsas məqsəd torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır.

Komitə sədri qeyd edib ki, Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatında intensiv inkişaf modelinə keçiddir.

"Rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluğun inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın artırılmasına xidmət edən əsas amillərdəndir", - deyə o vurğulayıb.

Sadiq Qurbanov İsrail təcrübəsinin də Azərbaycan üçün maraqlı nümunə olduğunu bildirib.

"İsrail ərazisinin böyük hissəsi quraq və yarımsəhra zonalarından ibarət olsa da, damcı suvarma texnologiyalarının tətbiqi sayəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən birini formalaşdırıb. Bu təcrübə göstərir ki, inkişaf üçün əsas amil təkcə təbii resursların həcmi deyil, onların səmərəli idarə edilməsidir", - deyə komitə sədri əlavə edib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri