Hollandiya Ukraynaya vəd etdiyi “Patriot”ları GÖNDƏRDİ
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hollandiya Ukraynanı əvvəllər vəd edilmiş üç ədəd “Patriot” sistemi ilə təmin edib.
Bizim.Media xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri Ruben Brekelmans “X” hesabında yazıb.
Nazir Ukraynaya çatdırılan “Patriot” zenit-raket komplekslərinin fotolarını paylaşıb: “Hava hücumları davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Buna görə də biz onları üç ədə “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin etdik”.
Brekelmans hava hücumundan müdafiə sistemlərinin Ukraynaya nə vaxt çatdırıldığını dəqiqləşdirməyib.
Qeyd edək ki, hava hücumundan müdafiə sisteminin köçürülməsi hələ may ayında elan edilib. Sentyabrda Hollandiya Ukraynaya “Patriot” üçün radar göndərib, lakin tam sistemi ötürmək üçün kifayət qədər komponentlər olmayıb və onlar başqa ölkələrdən toplanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















