Icma.az
close
up
RU
Hollandiyanın ifrat sağçı lideri: Makron və Şolzun vaxtı bitib

Hollandiyanın ifrat sağçı lideri: Makron və Şolzun vaxtı bitib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun dövrü başa çatıb, Avropanın sərhəd təhlükəsizliyini təmin etmək və kütləvi immiqrasiyaya son qoymaq üçün hazır olan yeni liderlərə ehtiyacı var.

Bizimyol.info xəbər verir ki, bunu Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının lideri Geert Vilders Avropa Parlamentinin “Avropa Patriotları” fraksiyasını yaradan sağçı mühafizəkar partiyaların rəhbərlərinin görüşündə deyib.

“Köhnə rejimlər dağılacaq və Makrondan Şolza qədər bütün köhnə liderlərə mesajım: vaxtınız bitdi. Oyanış başa çatdı”, - deyə o qeyd edib.

“Multikulturalizm və kütləvi immiqrasiya tam uğursuzluqdur. Sol-liberal ziyalılar bu reallığı etiraf etməkdən imtina etsələr də, avropalıların çoxu nə istədiklərini çox aydın başa düşürlər. Onlara təhlükəsiz sərhədlər lazımdır. Onlar kütləvi immiqrasiyaya son qoymaq istəyirlər. Onlar bizdən qeyri-qanuni miqrantları və cinayətkarları ölkələrimizdən qovmağımızı istəyirlər”, - deyə siyasətçi vurğulayıb.

“Bu gün siyasətin tektonik plitələri bizim istiqamətimizə, milli dövlətin və milli suverenliyin bərpasına, öz kimliyimizin və mədəniyyətimizin qorunub saxlanmasına doğru dəyişir. Bu çətin döyüşdür. Həqiqəti danışmaq üçün çox şey qurban verməliyik. Mən özüm sırf İslam haqqında həqiqəti dediyim üçün iyirmi ildən artıqdır ki, qətl təhdidləri və 24 saat polisin mühafizəsi altında yaşayıram. Amma mən şikayətçi deyiləm. Şikayət etmirik. Biz Avropanın mədəni və fiziki sağ qalmasını təmin etmək üçün güclü və ayıq qalmalıyıq. İspaniya İspaniya olaraq qalmalıdır. Və Hollandiya Hollandiya olaraq qalmalıdır”, - deyə Azadlıq Partiyasının rəhbəri əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri