Hollivud ulduzu Kianu Rivzin xəlvət evlənməsi iddiaları ilə bağlı əsl həqiqət üzə çıxdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Hollivud ulduzu Kianu Rivz və rəssam Aleksandra Qrantın gizli şəkildə evləndikləri barədə yayılan xəbərlər yalandır.
Oxu.Az-ın "E! News"a istinadən verdiyi məlumata görə, bu barədə aktyorun rəsmi nümayəndəsi bəyan edib.
"Bu məlumat həqiqətə uyğun deyil. Onlar evli deyillər", - deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 18-də "Radar Online" nəşri anonim bir mənbəyə istinad edərək, 61 yaşlı aktyorla 52 yaşlı rəssamın bu yay Avropada baş tutan məhdud dairəli bir mərasimlə evləndiyini iddia etmişdi. Xəbərdə deyilirdi ki, cütlük uzun illər nikah barədə düşünüb və nəhayət, şəxsi həyatlarını ictimaiyyətdən uzaq tutmaq qərarına gələrək, toyu xəlvət keçirməyi üstün tutub.
Qeyd edək ki, Rivz və Qrant 2019-cu ildən birlikdədirlər. Aktyor heç vaxt rəsmi nikahda olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















