Icma.az
close
up
RU
Honda 70 illik tarixində ilk əməliyyat zərərini açıqladı

Honda 70 illik tarixində ilk əməliyyat zərərini açıqladı

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiyanın avtomobil istehsalçısı "Honda" yenidən işlənmiş elektrik avtomobili strategiyası ilə bağlı böyük xərclər səbəbindən 2026 maliyyə ilində əməliyyat zərəri açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, 31 martda başa çatan maliyyə ilində əməliyyat zərəri 414,3 milyard yen (təxminən 2,6 milyard dollar) təşkil edib. Əvvəlki maliyyə ilində şirkət 1,2 trilyon yen əməliyyat mənfəəti əldə edib.

Analitiklər isə orta hesabla 315,6 milyard yen əməliyyat zərəri proqnozlaşdırırdılar.

Şirkətin xalis zərəri 423,9 milyard yen olub. Bir il əvvəl isə "Honda"  835,8 milyard yen xalis mənfəət açıqlayıb.

Qeyd olunur ki, bu, şirkətin açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərdiyi təxminən 70 illik tarixində ilk illik əməliyyat zərəridir. Zərərin əsas səbəbi elektrikli nəqliyyat vasitələri strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı yaranan itkilər olub.

Şirkət mart ayında bu dəyişikliklər səbəbindən 2,5 trilyon yenə qədər aktiv silinməsi riski barədə xəbərdarlıq etmişdi. Hesabat dövründə isə 1,6 trilyon yen həcmində zərər qeydə alınıb.

Hesabat dövründə şirkətin ümumi gəliri 21,7 trilyon yendən 21,8 trilyon yenə yüksəlib. Avtomobil bölməsinin gəlirləri 14,5 trilyon yendən 14,2 trilyon yenə düşsə də, motosiklet bölməsinin gəlirləri 3,6 trilyon yendən 4 trilyon yenə yüksəlib.

Şirkət maliyyə ili ərzində 3,387 milyon avtomobil satıb ki, bu da illik müqayisədə 8,9% azalma deməkdir. Motosiklet satışları isə 7,4% artaraq 22,101 milyon ədədə çatıb.

Cari maliyyə ili üçün "Honda"  260 milyard yen xalis mənfəət və 500 milyard yen əməliyyat mənfəəti gözləyir. Şirkət gəlirlərin 6,2% artaraq 20,15 trilyon yenə çatacağını proqnozlaşdırır.

Şirkətin proqnozları dollar/yen məzənnəsinin orta hesabla 145 yen səviyyəsində olacağı ehtimalına əsaslanır.

Honda bu il təxminən 3,39 milyon avtomobil və 22,8 milyon motosiklet satmağı planlaşdırır.

Şirkətin səhmləri cümə axşamı keçirilən ticarətdə 3,8% bahalaşıb. Buna baxmayaraq, ilin əvvəlindən etibarən "Honda" bazar kapitallaşması 14,1% azalaraq 4,95 trilyon yenə düşüb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 May 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri