Horadiz Ağbənd dəmir yolunda Zəngəzur dəhlizinin ayaq səsləri eşidilir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, artıq Horadiz – Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi başa çatdırılıb. Uzunluğu 110,4 kilometr olan dəmiryol xəttinin ox üzrə 75,6 kilometr hissəsi (yan yollarla birlikdə 87 kilometr) tamamlanıb, uzun ölçülü relslərin 65,6 kilometri quraşdırılıb. Layihə çərçivəsində, ümumilikdə, 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, Horadiz – Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq – Qərb – Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Aprel 2025 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















