Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Hörmüz blokadasından Avropaya dəyən zərbə

Hörmüz blokadasından Avropaya dəyən zərbə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolu artır

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin TV Nova televiziya kanalına verdiyi müsahibədə Azərbaycana səfərindən danışıb. O bildirib: “Əlbəttə ki, Azərbaycanda söhbət qazdan gedirdi. İndi orada hər kəs növbədədir - hər kəsin qaza ehtiyacı var. Hörmüz boğazında nələrin baş verdiyini görürük”. Hökumət başçısı əlavə edib ki, Avropa asfalt, polistirol və plastikin neftdən, hətta gübrələrin də qazdan hazırlanmasına təəccüblənir.

Qeyd edək ki, Hörmüz boğazı ətrafında yaranan hər hansı gərginlikdən ən çox təsirlənən regionlardan biri də Avropadır. Bu strateji keçidin bağlanması “qoca qitə” üçün həm birbaşa, həm də dolayı risklər formalaşdırır. Son illərdə Avropa enerji siyasətində ciddi transformasiya apararaq boru kəməri qazından daha çox LNG idxalına üstünlük verib. Xüsusilə Qətər kimi Körfəz ölkələrindən tədarük edilən mayeləşdirilmiş qazın əsas marşrutu məhz Hörmüz boğazından keçir. Bu marşrutun bloklanması qlobal LNG daşınmasını məhdudlaşdırmaqla yanaşı, qiymətlərin kəskin artımına da səbəb ola bilər.

Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya Avropanın enerji bazarında əsas oyunçu hesab olunurdu. O dövrdə Rusiya Avropanın qaz idxalının təxminən 35–40 faizini təmin edir, bəzi illərdə isə bu göstərici daha da yüksək səviyyəyə qalxaraq qitənin enerji balansında həlledici rol oynayırdı. Xüsusilə boru kəmərləri vasitəsilə həyata keçirilən tədarük Rusiyanı Avropa üçün ən böyük və strateji təchizatçıya çevirirdi. Lakin müharibədən sonra yaranan geosiyasi gərginlik və enerji siyasətində baş verən kəskin dəyişikliklər nəticəsində bu asılılıq sürətlə azalmağa başladı.

Hazırkı mərhələdə Rusiyanın Avropa qaz bazarındakı payı təxminən 8–12 faiz səviyyəsinə enib. Bu azalma həm boru kəməri ixracının dayanması, həm də enerji mənbələrinin şaxələndirilməsi siyasətinin gücləndirilməsi ilə bağlıdır. Müharibədən sonra Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq istiqamətində ardıcıl olaraq alternativ mənbələrə yönəlir. Mövcud şəraitdə Hörmüz boğazının bağlanması həmin alternativlərin bir qismini faktiki olaraq sıradan çıxarır. Belə bir geosiyasi və enerji konfiqurasiyasında Azərbaycanın rolu daha da aktuallaşır. Sabit və etibarlı təchizat marşrutu kimi çıxış edən Azərbaycan Avropanın enerji balansında strateji əhəmiyyətini artırmaqda davam edir.

Məhz bu kontekstdə son dövrlərdə Avropa liderlərinin Azərbaycana artan marağı müşahidə olunur. Aprel ayında Litvanın Baş naziri, Ukrayna lideri, Latviya rəhbərliyi və Çexiyanın Baş nazirinin ardıcıl səfərləri Azərbaycanın geniş Avrasiya məkanında artan geoiqtisadi və enerji rolunun aydın göstəricisidir. Dövlət və hökumət başçılarının ölkəmizə üz tutmasında əsas motivin enerji gündəliyi olduğu açıq şəkildə görünür.

Bu sırada Andrey Babişin aprelin 27-də Azərbaycana səfəri xüsusi diqqət çəkir. Səfərin əsas gündəliyini enerji əməkdaşlığının genişləndirilməsi təşkil edirdi. Çexiya üçün enerji təhlükəsizliyi məsələsi o qədər prioritetdir ki, hökumət başçısının Avropa İttifaqından kənara ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil.

Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və əməkdaşlığın əsas sütununu energetika sektoru təşkil edir. Statistikaya görə, Çexiyanın idxal etdiyi neftin təxminən 42 faizi Azərbaycanın payına düşür. Uzun illər ərzində formalaşmış bu əməkdaşlıq qarşılıqlı etimada əsaslanır və Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur. Hazırda isə əməkdaşlığın yeni mərhələyə keçməsi ehtimalı güclənir. Söhbət təbii qaz sahəsində əməkdaşlığın genişləndirilməsindən gedir.

Azərbaycan artıq qlobal enerji bazarında etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirib və bu, Avropa İttifaqı tərəfindən də açıq şəkildə etiraf olunur. Bu gün Azərbaycan qazı, ümumilikdə, 16 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda, Azərbaycan Çexiyaya qonşu olan bir sıra Avropa ölkələrini də təbii qazla təmin edir. Bu amil yaxın perspektivdə Bakı ilə Praqa arasında qaz sahəsində birbaşa əməkdaşlığın formalaşması üçün əlverişli zəmin yaradır.

Andrey Babişin Azərbaycana səfəri çərçivəsində onu müşayiət edən nümayəndə heyətində ÇES kimi iri enerji şirkətinin yer alması da bu marağın əməli müstəvidə olduğunu göstərir.

Şirkətin Azərbaycanla qaz təchizatı sahəsində əməkdaşlığa və uzunmüddətli müqavilənin imzalanmasına maraq göstərdiyi bildirilir. Baş nazir qeyd edib ki, belə bir saziş reallaşacağı təqdirdə, Azərbaycan neftlə yanaşı, qaz sahəsində də Çexiya üçün faktiki strateji tərəfdaşa çevrilə bilər.

Eyni zamanda, Babiş Avropanın enerji təhlükəsizliyi ilə bağlı prinsipial mövqeyini də açıqlamışdı. Onun sözlərinə görə, qitənin qaz bazarında cəmi iki əsas təchizatçıdan asılı olması qənaətbəxş deyil və bu, ciddi risklər yaradır. Burada söhbət konkret olaraq Rusiya və Norveçdən gedir. Yuxarıda qeyd olunduğu kimi, Rusiya uzun illər Avropanın əsas boru kəməri qaz təchizatçısı olub. Norveç isə hazırda əsas alternativ və etibarlı mənbə kimi çıxış edir. Mövcud reallıqlar isə Avropa ölkələrini enerji mənbələrinin şaxələndirilməsi siyasətini daha da dərinləşdirməyə vadar edir.

Zəfər VƏLİYEV,
enerji məsələləri üzrə ekspert

Neftin ağırlıq mərkəzi sayılan Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi qarşılığında Hörmüz boğazı üzərindən ticarət axınlarının dayandırılması, enerji təchizatı, qiymətlər və qlobal iqtisadiyyat üzərində təzyiqi artıran kritik amil olaraq qalır. Bölgənin təchizat xəritəsi göstərir ki, Hörmüz boğazına alternativlər azdır və boğazın bağlanması ilə ticarət axınları kompensasiya edilə bilməyəcək.

Yaxın Şərqdən qaynaqlanan enerji böhranı istismarda olan ixrac güclərinin inkişafını, mənbələrin inkişafını və şaxələndirilməsini qaçılmaz etdi. Çünki Yaxın Şərq böhranı həm Fars körfəzində, həm də Qırmızı dənizin şərqində və qərbində təchizat zəncirinin davamlılığını təmin edən ixrac güclərini və mənbələri təhdid altına aldı. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Xəzər regionu ölkələrinin karbohidrogen ehtiyatlarının qlobal enerji bazarlarına təhlükəsiz və etibarlı çatdırılmasında rolu və əhəmiyyəti böyükdür. Bu baxımdan Azərbaycan nefti və qazı hazırkı enerji böhranı qarşılığında asan əldə edilən neft və qaz kateqoriyasına aid edilir.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2026 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri