Daha bir ölkə Hörmüz blokadasından imtina etdi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Avstraliya hökuməti Hörmüz boğazının blokadasında ABŞ-a qoşulmağı düşünmür.
Axar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət nazirinin müavini Mett Tistletueyt deyib.
“Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı variantı diplomatik danışıqlardır”, - deyə nazir bildirib.
Dövlət rəsmisi Avstraliyanın İslamabadda keçirilən danışıqların nəticə verməməsindən məyus olduğunu dilə gətirib.
“Bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı birdəfəlik açmağın, beynəlxalq iqtisadiyyatı və benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur”, - o əlavə edib.
Qeyd edək ki, bundan öncə Britaniya Hörmüz boğazının blokadasında iştirak etməyəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Aprel 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















