Hörmüz boğazı 48 saat ərzində açılmasa... Tramp HƏDƏLƏDİ
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.
Bakıvaxtı az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib
Onun “Truth Social” hesabında yazdığına görə, əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək.
Bundan əvvəl, martın 11-də İran Silahlı Qüvvələrinin rəsmisi bildirmişdi ki, İran bu strateji marşrutdan ABŞ və müttəfiqləri ilə əlaqəli yanacaq daşımalarına icazə verməyəcək.
Martın 15-də isə rəsmi Tehran Hörmüz boğazında gəmiçilik üzərində nəzarət tədbirləri daxil olmaqla, bütün vasitələrdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Mart 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















