Hörmüz boğazı gündəmdədir: Oman və İran danışıqları davam etdirir
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Maskatda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, naviqasiya azadlığının təmin edilməsi və Tehranla Vaşinqton arasında artan gərginlik fonunda bölgədəki vəziyyətə dair Oman və İran arasında danışıqlar keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Oman nümayəndə heyətinə xarici işlər naziri Bədr bin Həmid Əl-Busaidi, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.
Açıqlamada qeyd olunub ki, tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə zəruri razılaşmaların əldə olunması məqsədilə danışıqların texniki və siyasi səviyyələrdə davam etdirilməsi barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 İyul 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















