“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri sayılan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadənin doğum günü olub.
“Qafqazinfo”nun məlumatına görə, 80 yaşını qeyd edən Rais Rəsulzadə Modern.az-a açıqlamasında bildirib ki, doğum gününü təntənəli keçirməyib.
Onun sözlərinə görə, bir neçə qohumu onu təbrik etmək üçün ziyarətinə gəlib: “Doğum günümü təntənəli şəkildə qeyd etmədim. Səhhətimdə də müəyyən problemlər var. Bir-iki nəfər qohum-əqrəba baş çəkməyə gəlmişdi, eləcə də telefonla təbrik edənlər oldu. Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”.
R.Rəsulzadə qeyd edib ki, dərs dediyi universitetdə də onun doğum günü münasibətilə konfransın keçirilməsi nəzərdə tutulubmuş. Lakin səhhətində yaranan problemlər səbəbindən tədbirin vaxtı dəyişdirilib: “Universitetdə konfrans və digər tədbirlərin keçirilməsi planlaşdırılırdı. Ancaq xəstələndiyim üçün onları da sonraya saxladılar”.
Qeyd edək ki, Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülüb. Ailəlidir, Humay adlı bir qızı var.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Noyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















