Icma.az
close
up
RU
Hörmüz böhranı kənd təsərrüfatına sarsıdıcı zərbə vurur

Hörmüz böhranı kənd təsərrüfatına sarsıdıcı zərbə vurur

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada gübrə qıtlığının yaşanması ərzaq məhsullarının istehsalını azaldır

Yaxın Şərqdəki hərbi gərginlik və Hörmüz boğazında yaranmış logistika problemləri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün zəruri olan kimyəvi dərmanların, xammal resurslarının bahalaşmasına da səbəb olmaqdadır. Xüsusilə də, aqrar sektorda əsas tələbat mallarından biri olan gübrə və pestisidlərin tədarükündə ciddi problemlər yaşanmaqdadır. Hörmüz boğazının faktiki bağlanması gübrə və xammal ixracını dayandırıb. Bu marşrut vasitəsilə dünya üzrə kükürdün 44 faizi, karbamidin (azotlu gübrə) 31 faizi, ammonyakın 18 faizi və fosfatın 15 faizi daşınır. Körfəz ölkələri isə karbamid ixracının təxminən 45 faizini təmin edir. Qətərin dövlət enerji şirkəti “QatarEnergy” LNG obyektlərindəki vəziyyətlə əlaqədar qaz istehsalını dayandırdığını, qlobal tələbatın təxminən 14 faizini təmin edən karbamid zavodunun da müvəqqəti dayandırıldığını açıqlayıb. Bu fasilə domino effekti yaradaraq Hindistanda 3, Banqladeşdə isə 4 strateji gübrə zavodunun fəaliyyətinin dayanmasına səbəb olub.

Rusiya ammonium ixracını dayandırıb

Eləcə də əsas tədarükçülərdən biri olan Rusiya ammonium nitrat ixracını müvəqqəti dayandırıb və azotlu gübrələr üzrə əlavə məhdudiyyətlərin mümkünlüyünü açıqlayıb. Qlobal təklifin 28 faizini təmin edən Çin isə azot-kalium qarışıqları və bəzi fosfat gübrələrinin ixracını dayandırıb. Beynəlxalq Gübrə Assosiasiyasının məlumatına görə, bu ölkələr karbamid ticarətinin üçdə birindən, fosfat gübrələrinin isə beşdə birindən çoxunu təmin edir.

Təchizat zəncirində yaranmış qırılmalar nəticəsində son 2 ayda gübrənin bir tonunun qiyməti 1,5 dəfə bahalaşaraq 700 dollara çatıb. Bu faktorlar qlobal ərzaq təhlükəsizliyinə də ciddi təsirlər göstərir və 2026-cı ilin yaz aylarında dünyada ərzaq qiymətlərinin kəskin artımı üçün ilk siqnalları verir. Aqrar sənaye bazarı üzrə mütəxəssislər həyəcan təbili çalaraq bildirirlər ki, gübrə təminatı, məhsuldarlığın kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq üçün əkin sahələrinin ehtiyac duyduğu qida maddələrinin qarşılanmasında mühüm rol oynayır. Bu məhsulun çatışmazlığı istehsalı azaldaraq dünya ərzaq təhlükəsizliyi böhranına səbəb olur. Hadisələrin bu cür davam etməsi bir çox ölkələrdə kənd təsərrüfatı sektorunu tənəzzülə uğrada bilər.

FAO xəbərdarlıq edir: “Sistematik ərzaq şok”u yaranıb

“Bloomberg” agentliyi yaydığı məlumatda bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər qurumlar vəziyyətdən çox narahatdır. Qlobal qida təchizatı və logistika şirkətləri hesab edirlər ki, enerji daşıyıcıları, gübrə və digər malların bazar tədarükünün pozulması nəticəsində qida məhsullarının qiymət indeksi aprel ayında mart ayı ilə müqayisədə 1,6 faiz artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bölgədə tanker trafikinə təxminən 90 faiz azalma qeydə alındığını bildirərək bunun qlobal ərzaq təhlükəsizliyi üçün “sistematik şok” yaratdığı barədə xəbərdarlıq edib. FAO-nun baş iqtisadçısı Maksimo Toreronun sözlərinə görə, enerji təchizatındakı daralma və logistik blokada gübrə zavodlarını bir-bir istehsalı dayandırmağa məcbur edir, sürətlə artan xərclər isə dünya üzrə yeni və daha sərt ərzaq inflyasiyası dalğasını gücləndirir. Hətta münaqişə başa çatsa belə, bazarın sabitləşməsi üçün 3-4 ay vaxt tələb olunacaq.

Avropada isə vəziyyət ikiqat pisləşir, neft və qaz qiymətlərinin artması fonunda regiondakı zavodlar bahalı yanacaq şərtləri altında azotlu gübrə istehsalını dayandırmağa məcbur olur. Çünki gübrə və digər dərmanların istehsal xərclərinin 80-90 faizi birbaşa təbii qazla bağlıdır. Bu isə son nəticədə fermerlərin gübrə qiymətinin yüksəlməsi ilə üzləşdirir və onları azotdan daha az istifadə etmək məcburiyyətində qalırlar. ABŞ-da da gübrə ehtiyatlarında tükənmə riskləri meydana çıxmaqdadır. Bu ölkədə mövsümi istehlak tələbatının 25 faiz aşağı düşməsi fermerləri çətin maliyyə qərarı qarşısında qoyur. İstehsalçılar ya yüksək qiymətlərlə riskli tədarükə razılaşmalı, ya da gübrə istifadəsini azaltmaqla məhsuldarlıq itkisini qəbul etməlidir. Hər iki ssenari superölkənin ərzaq istehsalı və qiymət tarazlığına təzyiq yaradır.

Qlobal ərzaq bahalaşması dərinləşir

Göründüyü kimi vəziyyət yüksək istehsal xərcləri ilə üzləşən qlobal kənd təsərrüfatı sektoru üçün idarəolunmaz maliyyə yükü yaradır. Bu isə məhsuldarlığın azalmasına və ərzaq qiymətlərinin zəncirvari şəkildə artmasına səbəb olur. Bahalaşma dalğası ən çox bitki yağları, ət və taxılın qiymətlərini artırmaqdadır. Bitki yağlarının indeksi mart ayından bəri 5,9 faiz artaraq 2022-ci ilin iyul ayında qeydə alınmış ən yüksək göstəricini də ötüb. Ətin qiymətləri isə 1,2 faiz artıb. Növbəti rübün sonunda bu rəqəmin 2,5 faizə çatacağı ehtimal olunur. Bu gedişlə ərzaq qiymətləri indeksinin ilin sonuna qədər daha da artacağı istisna deyil.

Dünya üzrə ən iri istehsalçılar və fermer assosiasiyaları əkin sahələrinin və məhsuldarlığın azalması barədə xəbərdarlıq edirlər. Cari ildə qlobal buğda istehsalının təxminən 2 faiz azalaraq 817 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. Düyü, buğda, qarğıdalı və soya kimi əsas məhsullarda mümkün məhsuldarlıq azalması idxaldan asılı ölkələrdə yerli ərzaq böhranlarını gücləndirir. Onlar qlobal ərzaq məhsulları təminatında kəsirin yaranacağını fərz edərək 2026-cı ilin noyabr ayına qədər ərzaq qiymətlərinin 50 faiz artacağından narahatdırlar.

Mövcud vəziyyət dünyada inflyasiyanın da kəskin artımlarına yol açmaqdadır. “Standard & Poor’s” (“S&P Global Ratings”)  beynəlxalq reytinq agentliyi  açıqladığı yeni sənəddə dünya üzrə orta illik inflyasiyanın 3-4 faiz səviyyəsində artacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında da inflyasiyanın yüksələcəyinə dair ehtimallar yer alır. BVF hesab edir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı istiqamətdə dəyişdiyini göstərir.

Azərbaycan yerli gübrə istehsalını artırır, idxala vergi güzəşti tətbiq edir

Azərbaycanda gübrə təminatı həm yerli istehsal, həm də idxal hesabına həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən Karbamid zavodu mineral gübrə ehtiyatının əhəmiyyətli hissəsini təmin edir. Zavodda azot, fosfor, kalium, mürəkkəb və yarpaq gübrələri, eləcə də üzvi mineral gübrələr daxil olmaqla geniş çeşiddə gübrə təminatı mövcuddur. Bu isə idxaldan asılılığı xeyli azaldır və yerli fermerlərin dayanıqlı təminatında mühüm rol oynayır. Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hökumət, eyni zamanda, tələbatın tam təmin edilməsində idxal faktorunu nəzərə alaraq, xaricdən gətirilən mineral gübrələrin idxalına vergi güzəştləri tətbiq edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin idxalı və satışı 2026-cı ildən etibarən ƏDV-dən azad olunub. Bu, kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin azalmasında mühüm rol oynamaqdadır.

Mərkəzi Bank inflyasiyanı nəzarətdə saxlayır

Azərbaycan hökuməti qlobal bazar ssenarilərini diqqətlə izləyərək idxal inflyasiyanın artmasının qarşısını almaq üçün də müxtəlif qabaqlayıcı addımlar atmaqdadır. Mərkəzi Bank (MB) qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühiti diqqətdə saxlayaraq inflyasiyanın hədəf daxilində qalması üçün zəruri tədbirlər görür. Bir neçə gün əvvəl MB tərəfindən açıqlanan pul siyasəti bəyanatından da göründüyü kimi 2026-cı ilin ikinci rübü və ümumilikdə il ərzində müxtəlif ssenarilər üzrə qiymətləndirmələr aparılacaq və antiinflyasiya xarakterli pul siyasəti yürüdüləcək. Əsas məqsəd inflyasiyanın birrəqəmli həddə saxlamaqdır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri