Icma.az
close
up
RU
Hörmüz müəmması davam edir...

Hörmüz müəmması davam edir...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İran yeni təklif irəli sürür - boğaz açılsın, nüvə danışıqları təxirə salınsın

İran-ABŞ danışıqlarında olduqca mühüm predmet olan Hörmüz boğazı ilə bağlı yeni gündəm ortaya çıxıb. Xatırladaq ki, Pakistanda keçirilən birinci danışıqlar raundunun ardından Hörmüzdə “fövqəladə vəziyyət” hökm sürməkdədir - ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verməyib. Bundan sonra ABŞ prezidenti Donald Tramp 13 apreldə İrana qarşı “dəniz blokadası” elan edib və Hörmüz boğazından keçən İranla əlaqəli gəmilərə qarşı əməliyyatlara başlayıb. Bu dövrdə ABŞ Oman körfəzində və Hind okeanında bir neçə İran ticarət gəmisinə hücum edərək onları saxlayıb. Buna cavab olaraq İran Hörmüz boğazında İsraillə əlaqəli bəzi gəmilər də daxil olmaqla, bir sıra gəmiləri ələ keçirib və saxlayıb.

Qeyd edək ki, İran boğazdan keçən gəmilərə rüsum tətbiq etməyi planlaşdırır. Hətta bir neçə gün öncə İran hakimiyyəti gəmilərin Hörmüz boğazından keçidindən ilk dəfə rəsmi rüsum yığaraq gəlir əldə etdiyini bildirmişdi. İran parlamentinin vitse-spikeri Hacı Babayi demişdi ki, Hörmüz boğazındakı keçid haqlarından əldə olunan ilk vəsaiti artıq mərkəzi bankın hesabına köçürülüb.

Yeni təklif...

Amma ABŞ blokadası İranın vəziyyətini çətinə salıb. Media yazır ki, İran ABŞ-a Hörmüz boğazının açılması müqabilində nüvə danışıqlarını təxirə salmağı təklif edib. “Axios”un məlumatına görə, Tehran Pakistan vasitəsilə Vaşinqtona Hörmüz boğazı ətrafındakı böhranın həllinə dair təklif çatdırıb. Rəsmilərin sözlərinə görə, İran ya atəşkəsin uzunmüddətli uzadılmasını, ya da münaqişəyə tamamilə son qoymaq üçün razılaşma təklif edir. Mənbələr həmçinin iddia edirlər ki, təklifə əsasən, nüvə danışıqları yalnız növbəti mərhələdə - boğaz yenidən açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacaq.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda keçirilən danışıqlar zamanı bu məsələni qaldırıb. Lakin Ağ Evin bu təklifi nəzərdən keçirməyə hazır olub-olmadığı hələ də məlum deyil. İran ABŞ-a Hörmüz boğazını açmağı və Tehranın nüvə proqramı ilə bağlı danışıqları gələcək tarixə təxirə salmaqla müharibəyə son qoymağı təklif edib. Nəşrin məlumatına görə, danışıqlar çıxılmaz dalana dirənib və İran liderləri Tehranın nüvə proqramı ilə bağlı güzəştlərə getmək ehtimalı ilə bağlı fikir ayrılığındadırlar. Qeyd edilir ki, İranın təklifi bu problemi aradan qaldıracaq və daha sürətli bir razılaşmaya gətirib çıxaracaq. Lakin Hörmüz boğazının blokadasının qaldırılması və müharibənin sona çatması ABŞ prezidenti Donald Trampı İranın zənginləşdirilmiş uran ehtiyatlarını xarici ölkəyə köçürməsinə və zənginləşdirməni dayandırmasına yönəlmiş gələcək danışıqlarda təsir gücündən məhrum edəcək.

“Axios”un istinad etdiyi 3 adı açıqlanmayan ABŞ rəsmisinə görə, Tramp milli təhlükəsizlik və xarici işlər qrupunun yüksək vəzifəli şəxsləri ilə İranla bağlı görüş keçirmək niyyətindədir. Mənbələrdən biri görüşdə dalana dirənmiş danışıqlar və növbəti addımların müzakirə olunacağını bildirib.

Uran məsələsi 3-cü mərhələyə qalır? - ABŞ razı deyil...

“Əl Mayadeen” televiziya kanalının məlumatına görə, İran ABŞ-a danışıqların 3 mərhələyə bölünməsini təklif edib. Birinci mərhələ müharibənin sona çatması, İran və Livan üçün zəmanətlərin verilməsi barədə razılaşmanı əhatə etməlidir. İkinci mərhələ Hörmüz boğazının idarə olunmasını, üçüncü mərhələ isə İranın nüvə proqramına yönələcək. “Əl Mayadeen”in yaydığına görə, Tehran əvvəlki 2 mərhələ üzrə razılıq əldə olunana qədər üçüncü mərhələni müzakirə etməkdən imtina edir. 26 apreldə “Fox News”a verdiyi müsahibədə isə Donald Tramp İran neftinin ixracının qabağını alan Hörmüz blokadasını davam etdirmək niyyətində olduğunu açıq şəkildə dilə gətirib. Prezident bunun Tehranı yaxın bir neçə həftə ərzində güzəştə getməyə məcbur edəcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ rəsmiləri əvvəllər də ABŞ-ın əsas qırmızı xəttinin İranın nüvə silahına sahib olmaması məsələsi olduğunu bildirmişdilər - Ağ Evin mətbuat katibi Kerolin Levitt qeyd etmişdi ki, Tehranın uranı zənginləşdirməsinin dayandırılması Trampın prioritetləri siyahısının əvvəlindədir.

Vaşinqton İslamabada “sülh qrupu” göndərməyəcək...

Müsahibədə Tramp artıq Pakistana hər hansı ABŞ danışıqlar qrupu göndərmək niyyətində olmadığını söyləyib. Amerika liderinin deyib ki, bu, çox vaxt aparırdı. “Əgər istəsələr, danışa bilərik, amma görüşmək üçün insanları 18 saatlıq səfərə göndərməyəcəyik”, - deyə Amerika prezidenti yekunlaşdırıb.

Bir gün əvvəl o, “sülhyaratma qrupun”nun üzvləri olan Stiven Vitkoff və Cared Kuşnerin aprelin sonunda ABŞ-İran danışıqlarının növbəti mərhələsinin keçirilməsi planlaşdırılan İslamabada elan edilmiş səfərini ləğv edib. Həmin gün danışıqlarda ölkəni təmsil edən İranın xarici işlər naziri Abbas Əraqçi da Pakistanı tərk edib.

Əraqçi Rusiyaya gedir...

Bu arada, “Reuters” agentliyi aprelin 27-də İran mediasına istinadən xəbər verib ki, Əraqçi Rusiyaya səfər etməyi planlaşdırır və orada rusiyalı tərəfdaşları ilə ikitərəfli münasibətlər və regional məsələlər, o cümlədən İran-ABŞ münaqişəsini müzakirə edəcək. İran səfirliyi də öz növbəsində Əraqçinin ABŞ ilə danışıqların gedişatı, atəşkəs və münaqişə ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya uçacağını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Əraqçinin Vladimir Putinlə də görüşəcəyini bildirib.

Almaniya hərəkətə keçir...

Bu arada Almaniya hökuməti Hörmüz boğazında yaranmış gərgin vəziyyətə müdaxilə etmək üçün öz hərbi dəniz qüvvələrini hərəkətə keçirib. Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinischen Post” nəşrinə verdiyi müsahibədə Bundestaqın rəsmi icazəsini gözləmədən alman bölmələrinin Aralıq dənizinə göndərildiyini bəyan edib.

Nazirin sözlərinə görə, bu addım mandat təsdiqləndikdən sonra Hörmüz boğazına sürətli yerləşməni təmin etmək və vaxt itkisinin qarşısını almaq məqsədi daşıyır. Almaniya regiona bir minaaxtaran gəmi və təchizat gəmisi yollayıb.

Pistorius vurğulayıb ki, hazırda Aralıq dənizində gözləmə mövqeyində olan bu bölmələr Bundestaqdan mandat alan kimi dərhal missiyanın icrasına başlayacaqlar. Nazir parlamentdən lazımi icazənin çox qısa müddətdə alınacağına əminliyini ifadə edib.

Bu gediş Almaniyanın Yaxın Şərqdəki dəniz təhlükəsizliyi məsələlərində daha aktiv rol almaq istəyinin göstəricisi kimi qiymətləndirilir. Hesab olunur ki, Berlinin bu cür operativ reaksiyası qlobal ticarət yollarının qorunması üçün beynəlxalq koalisiyanın gücləndirilməsinə xidmət edir. Hazırda alman gəmilərinin son təyinat məntəqəsinə doğru hərəkət üçün tam döyüş hazırlığında olduğu bildirilir.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Aprel 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri