Hoteldə 2 qadına xəsarət yetirib qızıllarını OĞURLADI FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
Baxış sayı:206
Bu xəbər 27 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















