Icma.az
close
up
RU
Hovuzlar bu xəstəliyin yayılmasında mühüm rol oynayır DİQQƏT

Hovuzlar bu xəstəliyin yayılmasında mühüm rol oynayır DİQQƏT

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay aylarında insanların ən çox həkimə müraciət etmə səbəblərindən biri şiddətli qulaq ağrıları və pis qoxulu qulaq axıntılarıdır.

Pravda.az bildirir ki, bu vəziyyətin yaranmasının əsas səbəbi isə isti havada sərinləmək üçün insanların çox vaxt çirkli hovuzlara və ya dənizə girmələridir.

Xarici qulaq iltihabı nədir?

Yay aylarında hovuz və dəniz suyunun təsiri ilə artan xarici qulaq iltihabı, Psödomanas aeruginosa kimi bakteriya və virusların səbəb olduğu sağlamlıq problemidir. Göbələklərin də mühüm rol oynadığı bu xəstəlik, insanların istifadə etdiyi ortaq hovuz və dəniz kimi mühitlərdə asanlıqla yayılaraq ciddi problemlərə səbəb ola bilər.

Xarici qulaq iltihabının əlamətləri nələrdir?

Qulaqda ağrı,

Tıxanmışlıq,

Tünd rəngli və pis qoxulu axıntı,

Eşitmə itkisi,

Limfa vəzlərində şişlik,

Qulaq kanalında qızartı,

Çeynəmə zamanı ağrı,

Yüksək hərarət.

Hovuzlar xəstəliyin yayılmasında mühüm rol oynayır

Xarici qulaq iltihabının yaranmasında bir çox müxtəlif risk faktorları mövcuddur. Bunlardan ən vacib səbəb kimi əvvəllər də xarici qulaq iltihabı keçirmiş olmaq və qulağa toxunan suyun çirkli olması gəlir. Bundan əlavə, təmizliyindən əmin olunmayan hovuzlar xəstəliyin yayılmasında çox əlverişli mühitlərdir. Bu səbəbdən əvvəllər xarici qulaq iltihabı yaşamış şəxslərin hovuz və ya dənizə girməzdən əvvəl qulaq tıxaclarından istifadə etməsi tövsiyə edilir.

Çox tez-tez duş qəbul edənlərə xəbərdarlıq!

Xarici qulaq iltihabının yaranmasında rütubət mühüm rol oynayır. Çünki qulaq kanalında yığılan su və nəmlik bakteriyaların inkişafı və çoxalması üçün əlverişli mühit yaradır. Bu səbəbdən xüsusilə yay mövsümündə çox tez-tez duş qəbul edən insanlarda qulaq kanalında nəm miqdarı artacağı üçün xarici qulaq iltihabı riski daha yüksək olur.

Xarici qulaq iltihabının yaranmasında digər amillər

Qulaq kanalında nazik dərinin zədələnməsi,

Qulağın xarici təsirlərdən qorunmaq üçün istehsal etdiyi qulak kirinin azalmağa başlaması,

Atopik dermatit, sədəf xəstəliyi, seboreik dermatit kimi dəri xəstəlikləri,

Allergik reaksiyalar,

Müxtəlif travmalar, bakteriya və viruslara bağlı yaranan qıcıqlanmalar.

Xarici qulaq iltihabı necə müalicə olunur?

Xarici qulaq iltihabının müalicəsi üçün öncə xəstəliyin səbəbi müəyyən edilməlidir. Bu məqsədlə həkim həmçinin orta qulağa da baxar, çünki orta qulaq üçün tətbiq olunan müalicələr xarici qulaq üçün uyğun deyil. Əgər problemin xarici qulaqdan qaynaqlandığı dəqiqləşərsə, iltihabı dayandırmaq və qulaq kanalını müalicə etmək üçün müvafiq tədbirlər başlanır. Bunun üçün qulaq damlaları, qulaq vakuumu və qulaq küreti istifadə edilə bilər. Qulaq damlaları əsasən asidik məhlullar, steroidli damlalar və bakteriyalar üçün antibiotikli damlalar şəklində olur. Daha ağır hallarda antibiotiklər ağız yolu ilə də qəbul edilə bilər.

Necə qoruna bilərik?

Əvvəlcə qulaqları quru tutmaq çox vacibdir. Buna görə də duş, hovuz və dənizdən sonra qulaqlarda qalan nəm mütləq alınmalıdır,

Duş zamanı suyun və şampunun qulağa düşməməsinə diqqət yetirilməlidir,

Dəniz və hovuzda qulaq tıxacları istifadə edilməlidir,

Qulağı təmizləmək üçün pambıq çubuqlardan yalnız qulaq kanalının xarici hissələrində istifadə edilməlidir.

Xatırlatma: Yaxın zamanlarda qulaq infeksiyası keçirmişsinizsə, üzmədən əvvəl mütləq həkimə müraciət edin.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see118

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Çaki öldü

29 May 2025 00:07see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see111

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri