HP: STAR layihəsindən Neft Fonduna vəsait proqnozlaşdırılsa da, faktiki daxilolma olmayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsi üzrə Neft Fonduna 2025-ci il üçün daxilolma proqnozlaşdırılsa da, cari ilin 9 ayında bu mənbədən vəsait daxil olmayıb və ilin sonuna qədər də daxilolma gözlənilmir.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən təmin edilmişdir. Həmin Sərəncama əsasən səhmlərinin 40% dövlət mülkiyyətində olan Səhmdar Cəmiyyəti təsis edilmiş və Sərəncamın 3- cü bəndinə uyğun olaraq həmin səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividendlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) köçürülməsi müəyyən edilib.
Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər istiqaməti üzrə 2025-ci ildə 396,2 mln. manat daxilolma proqnozlaşdırıldığı halda, cari ilin 9 ayında vəsait daxil olmamış və ilin sonuna qədər də bu istiqamət üzrə daxilolma gözlənilmədiyi qeyd edilib. Fondun təqdim etdiyi 2026-cı il proqnozuna əsasən, CQD layihəsi üzrə 237,9 mln. ABŞ dolları (təxminən 404,4 mln. manat) məbləğində daxilolma gözlənilir. STAR layihəsi üzrə isə 2026-cı ildən etibarən dividend ödənişlərinin icrası nəzərdə tutulsa da, bu istiqamət üzrə vəsait proqnozlaşdırılmayıb.
Baxış sayı:89
Bu xəbər 12 Yanvar 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















