Icma.az
close
up
RU
HP xəbərdarlıq etdi: Dövlət büdcəsinin icrasında risklər...

HP xəbərdarlıq etdi: Dövlət büdcəsinin icrasında risklər...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Hesablama Palatası (HP) 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə Palatanın hesabatında bildirilib.

Qeyd edilib ki, gəlirlərin illik artımında əsas pay daha çox neft gəlirlərinə aiddir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 mln. manat artıb ki, bunun da 728,9 mln. manatı və ya 75,8%-i neft gəlirləri (əsasən də DNF) hesabına təmin edilib.

Digər məsələ gəlirlərin icrası zamanı hüquqi aktlarda dəyişikliklərin diqqətdə saxlanılmamasıdır: "2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 mln. manat) daxil edilmiş, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb"

Palata həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olması davam edir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 mlrd. manat icra edilib ki, bu, cari il üçün təsdiq edilmiş məbləğin 41,3%-ni təşkil edir.

HP bundan əlavə, qanunvericilikdə təsbit edilmədiyi halda vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsini də risk hesab edir: "Hesabat dövründə 1395,4 mln. manat olmaqla, vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilib. “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait yönəldilməsi nəzərdə tutulmayıb".

Digər tərəfdən, Təminat Fonduna qaytarılması nəzərdə tutulan məbləğ aşağı icra edilib. Təminat Fondundan ödənilmiş vəsaitlərin 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 mln. manatdan cari ilin 6 ayında 10,7 mln. manat qaytarılıb, bu, ümumi proqnozun 5,3%-ni təşkil edib.

Palata əlavə edib ki, qapalı hərrac mexanizminin tətbiqinin uzunmüddətli perpektivdə risklərə səbəb olur: " 2025-ci ilin ilk yarısında həyata keçirilmiş qapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib, həmçinin uzunmüddətli istiqrazların emissiyası vasitəsilə bazarda maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib. Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb, bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı borc bazarının şaxələnməsi potensialını azaldaraq əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri