HT: Terror hücumu Pakistandan həyata keçirilib
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın xüsusi xidmət orqanları Hindistanın Pahalqam şəhəri yaxınlığında baş verən terror aktında Pakistanın əli olduğuna dair sübutlar əldə etdiyini iddia edib. Əməliyyatçılar beş terrorçunu, o cümlədən üç Pakistan vətəndaşını müəyyən ediblər.
Bu barədə "Hindustan Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr Hindistanın təhlükəsizlik rəsmisindən sitat gətirir: "Biz artıq hücumun Pakistandan həyata keçirildiyini göstərən bəzi texniki sübutlar tapmışıq".
Qəzet yazıb ki, müasir silah və kommunikasiya avadanlıqlarından istifadə etməklə belə mürəkkəb hücum Pakistanın “Ləşkər-e-Taibə” qruplaşması tərəfindən hazırlıq olmadan həyata keçirilə bilməzdi.
Mövsüm
Aznews.az

Pakistandan Əfqanıstana hava hücumu Ölənlər var
25 Dekabr 2024 09:51
Pakistandan ÜZÜCÜ XƏBƏR
06 Yanvar 2025 07:13
Pakistandan Hindistana MÜHARİBƏ XƏBƏRDARLIĞI
24 Aprel 2025 15:55
Pakistandan Azərbaycanla bağlı MÜHÜM QƏRAR
04 Mart 2025 15:07
Pakistandan Azərbaycanla bağlı tapşırıq KONKRET
25 Mart 2025 17:45

