Icma.az
close
up
RU
Hudson Institute: ABŞ Türk dünyasına arxalanmaq istəyir

Hudson Institute: ABŞ Türk dünyasına arxalanmaq istəyir

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu ifadələri ABŞ-də fəaliyyət göstərən Hudson İnstitutunun baş elmi işçisi Luk Koffi özünün analitik məqaləsində vurğulayıb. Müəllifin fikrincə, baş katibin səfəri Azərbaycan və Ermənistan arasında münaqişənin diplomatik həllinə Prezident Donald Trampın şəxsən vasitəçiliyinin, Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşünün məntiqi davamıdır.

(Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşündən. 8 avqust 2025-ci il)

(Donald Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə "C5+1" formatının 10 illiyi fonunda görüşdə. 6 noyabr 2025-ci il)
"Bu mühüm səfər açıq-aşkar görürük ki, TDT-nin qlobal əhəmiyyəti artır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ibarət təşkilat hökumətlərarası birlik səviyyəsində öz nüfuzunu tədricən gücləndirir, beləliklə, region strateji mərkəzə çevrilir".

(Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapurla görüşdə. 16 dekabr 2025-ci il)

(Kubanıçbek Ömüralıyev Hudson İnstitutunun prezidenti Con Volterlə görüşdə. 16 dekabr 2025-ci il)
Məqalədə məlumat verilir ki, TDT-də üzv və müşahidəçi ölkələrin əhatələdiyi təqribən 1,64 milyon kvadrat kilometr ərazidə 158 milyon nəfərdən çox insan yaşayır; ümumi daxili məhsul (ÜDM) bütövlükdə 2 trilyon dollara yaxındır; region enerji və iqtisadi resurslar cəhətdən zəngindir:
"Türkiyədən başqa qalan üzv dövlətlər 1990-cı ilərədək Rusiya imperiyası və SSRİ-nin tərkibində idilər. Müstəqillik qazandıqları dövrdən etibarən türk şəxsiyyətinin dirçəldilməsi üzrə işlərlə (latın əlifbasına keçid. ortaq türk dil və mədəniyyət siyasətinin təşviqi və s.) aktiv məşğuldurlar".
Müəllifin ifadələrinə əsasən, bu amalın zirvəsi sayılan TDT də siyasi və iqtisadi əlaqələrlə yanaşı dil, mədəniyyət və mətbuat sahələrində də nüfuz qazanır. Bu çərçivədə Avrasiya ölkələrindəki türk diasporları arasında da öz təsirini gücləndirir:
"TDT, qlobal iqtisadiyyatda nisbətən kiçik payına baxmayaraq, tədricən öz strateji mərkəz rolunu doğruldur. Regionun zəngin neft, qaz və nadir torpaq ehtiyatları, əsas nəqliyyat marşrutları və ticarət dəhlizləri, o cümlədən Türkiyə ərazisindəki boğazlar və Avropa ilə Asiyanı Rusiyadan keçməməklə birləşdirən Orta Dəhliz belə bir strateji gücün vacib nöqtələridir".

(Orta Dəhliz)
Məqalədə diqqətə çatdırılır ki, Rusiya və Çinin son illər Avrasiya ölkələrinə doğru artan nüfuzu fonunda TDT alternativ müstəviyə çevrilir. Təşkilat regional ölkələr arasında iqtisadi inteqrasiyaya, ticarət əməkdaşlığına və ümumilikdə nəqliyyat infrastrukturunun inkişafına böyük töhfə verir:
"TDT son illərdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırır, birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə, təşkilata üzv ölkələrin demoqrafik və iqtisadi göstəriciləri ürəkaçandır. Əlverişli coğrafi mövqe də hesaba qatılanda görürük ki, TDT-nin Avrasiyada əhəmiyyəti artır".
Luk Koffi yazır ki, belə bir mənzərədə ABŞ-nin TDT ilə iqtisadi-ticari əməkdaşlığa maraq göstərməsi biznes və ticarət üçün yeni imkanlar açması ilə yanaşı özünün regiondakı mövcudluğunu möhkəmləndirməsi deməkdir:
"Baş katibin Vaşinqtona səfəri ABŞ ilə türk dövlət arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində ilk addım sayıla bilər. Hazırda başqa çərçivələrdə, həmçinin xarici işlər nazirləri səviyyəsində sammitin keçirilməsi mümkündür. Gələcək perspektiv göstərir ki, Vaşinqton TDT ilə əməkdaşlıq vasitəsilə Avrasiyada strateji mövqeyini gücləndirmək niyyətindədir. Bu, əlbəttə, bütün tərəflərdən ötrü uzunmüddətli iqtisadi-ticarət fayda deməkdir".
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri