Icma.az
close
up
RU
Hulusi Akardan Rusiya və İrana: “Uduzursunuz”

Hulusi Akardan Rusiya və İrana: “Uduzursunuz”

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Suriyada baş verən qarşıdurmalardan kənardadır. “Heyət Təhrir əş-Şam”ı uzaqdan tanıyırıq, özbaşına hərəkət edirlər, onlara məsləhət verənlər ola bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin Milli Müdafiə Komitəsinin sədri, keçmiş müdafiə naziri Hulusi Akar Suriyada baş verənləri şərh edərkən deyib.

“Ukrayna müharibəsi ilə əlaqədar Rusiyada yorğunluq və passivlik hökm sürür. Rejim əleyhdarı qruplar passivlikdən istifadə edirlər. Böyük dövlətlər tapdıqları vasitələrdən yararlanırlar. PKK/YPG-nin nə olduğu bizə aydındır. Çox diqqətli davranmalı və lazımi təhlükəsizlik tədbirləri görməliyik. Xarici İşlər Nazirliyimiz hadisələri nəzarətdə saxlayır. Ən ciddi sual budur: onlar (Bəşər Əsəd əleyhdarları) ələ keçirdikləri bölgələri möhkəm saxlaya biləcəklərmi?”, - komitə sədri bildirib.

Akar Suriya lideri Bəşər Əsədlə bağlı bəzi məqamlara da toxunub:

“Əsədin atacağı addımlar olacaq. Deyəsən, hələ tədbir görməyib. Bu hərəkatla bağlı ən böyük həssaslıq Rusiya və rejimin hava qüvvələri ilə əlaqəlidir. Bunları yaxından izləmək və boşluqlara yol verməmək vacibdir. Əsəd vaxtında bizimlə əməkdaşlıq etsəydi, bu yerə gəlib çıxmazdı”.

Keçmiş müdafiə naziri Türkiyənin Suriyaya qarşı ərazi iddiasının olmadığını xatırladıb:

“Bizim heç kimin torpağında gözümüz yoxdur, biz yeni qaçqınlar istəmirik. Bunu onlara söyləmişik. Bu durumda münasibətlər daha da çətinləşir. Rusiya və İrana etimadsızlıq artıb. Çoxşaxəli hadisələr baş verir. Bunun yalnız “Heyət Təhrir əş-Şamdan” qaynaqlandığını söyləmək mümkün deyil. Kimin qalib, kimin məğlub olduğuna baxmaq lazımdır. Rusiya, İran, Suriya uduzur. Bizim işimiz öz təhlükəsizliyimizdir. Heç bir güzəştə getməmək və heç bir boşluq buraxmamaq lazımdır. Nə olur-olsun, bizim məsələmiz sərhədlərimizdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 02 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri